Zəbur 78:1—72

  • Allahın qayğısı və İsrailin imansızlığı

    • Gələcək nəsillərə nəql edilməli işlər (2—8)

    • Allaha inanmadılar (22)

    • Göylərin taxılı (24)

    • İsrailin Müqəddəsini incitdilər (41)

    • Misirdən vəd edilmiş diyaradək (43—55)

    • Allahı sınamaqdan əl çəkmədilər (56)

Maskil*. Asəfin məzmuru.+ 78  Ey xalqım, qanunuma qulaq as,Ağzımdan çıxan sözləri dinlə.   Ağzımı məsəllə açacağam,Qədim tapmacaları danışacağam,+   O şeyləri ki eşitmişik, bilirik,Ata-babalarımız bizə danışıb.+   Oğullarımızdan gizlətmərik,Gələcək nəsillərə nəql edərik,+Yehovanın tərifəlayiq əməllərini, gücünü,+Xariqüladə işlərini.+   O, Yaquba öyüdlərini verdi,İsraildə qanun qoydu,Ata-babalarımıza əmrlər verdi ki,Onları oğullarına öyrətsinlər.+   Beləcə, gələcək nəsil,Dünyaya göz açacaq uşaqlar bunları bilsin,+Onlar da öz övladlarına danışsın.+   Beləcə, Allaha güvənər,Allahın işlərini unutmazlar,+Əmrlərinə tabe olarlar.+   Onda ata-babaları kimi olmazlar. Onlar kimi dikbaş, asi nəsil,+Ürəyi səbatsız,+Allaha vəfasız bir nəsil olmazlar.   Əfraim oğulları ox-kamanla yaraqlansa da,Savaş meydanından geri qaçdılar. 10  Allahın əhdini pozdular,+Qanunu ilə getmədilər.+ 11  Onun işlərini,Onlara göstərdiyi xariqələri unutdular.+ 12  O, ata-babalarının gözü önündə möcüzələr göstərdi,+Misir torpağında, Suan diyarında.+ 13  Dənizi yarıb onlar üçün yol açdı,Sular divar kimi durdu.+ 14  Onlara gündüz buludla,Bütün gecəni şəfəq saçan alovla yol göstərdi.+ 15  Səhrada qayaları yardı,Onlara doyunca su içirdi, sanki, ümmandan.+ 16  Sal qayadan su fışqırtdı,Sular çay kimi axdı.+ 17  Onlar isə daha da çox günah etdilər,Haqq-Taalaya qarşı qiyam qaldırdılar səhrada.+ 18  Qəlblərində Allahı sınadılar,+Tamarzı qaldıqları təamları tələb etdilər Ondan. 19  Allahın əleyhinə danışıb dedilər: «Məgər Allah bu çöl-biyabanda süfrə aça bilər?»+ 20  Bax! O, qayaya vurdu,Sular axdı, sellər daşdı.+ Yenə dedilər: «Bəs çörək də verə bilər? Xalqı üçün ət yetirə bilər?»+ 21  Yehova bunu eşidəndə yaman hirsləndi,+Od alovlandı+ Yaquba qarşı. Onun İsrailə qəzəbi kükrədi.+ 22  Çünki Allaha inanmadılar,+Onun qurtuluş gücünə etibar etmədilər. 23  O, buludlu səmaya əmr etdi,Göylərin qapılarını açdı. 24  Onlara göylərin taxılını verdi,Manna yağdırdı ki, yesinlər.+ 25  İnsan qüdrətlilərin*+ çörəyini yedi,Allah onlara doyunca yemək göndərdi.+ 26  Göylərdə şərq küləyi əsdirdi,Qüvvəti ilə cənub küləyi oyatdı.+ 27  Əti onların üzərinə toz kimi yağdırdı,Quşlar dəniz qumu qədər idi. 28  Onları düşərgənin ortasına,Çadırların həndəvərinə tökdü. 29  Yedilər, boğazlarına dürtdülər. Ürəkləri istəyən hər şeyi onlara verdi,+ 30  Amma hələ iştahalarını doyuzdurmamış,Loxmaları hələ ağızlarında ikən, 31  Onlara qarşı Allahın qəzəbi qalxdı,+Onların pəhləvanlarını öldürməyə başladı,+İsrailin cahıl oğullarını yerə sərdi. 32  Bununla belə, günahdan əl çəkmədilər,+Onun xariqüladə işlərinə iman gətirmədilər.+ 33  Buna görə onların günlərini kəsdi, nəfəs kimi,+Ömürlərini naqafil dəhşətlərlə sona yetirdi. 34  Hər dəfə Allah onları qıranda Onu axtardılar,+Qayıdıb Onu aradılar. 35  Yadlarına düşürdü ki, Allahdır onların qayası,+Allah-Taaladır onların xilaskarı.+ 36  Dodaqları ilə Onu aldatmağa çalışdılar,Dilləri ilə Ona yalan danışdılar. 37  Ürəkləri Ona bağlı deyildi,+Onun əhdinə vəfa etmədilər.+ 38  Amma O, mərhəmət göstərirdi,+Günahlarından keçirdi, onları məhv etmirdi,+Dəfələrlə hirsini boğurdu,+Qəzəbini tam oyatmırdı. 39  Unutmurdu ki, onlar ətdən, sümükdəndirlər,+Əsib geri qayıtmayan külək kimidirlər*. 40  Neçə dəfə səhrada Ona asi oldular,+Biyabanda Onu kədərləndirdilər.+ 41  Dönə-dönə Allahı sınadılar,+İsrailin Müqəddəsini incitdilər. 42  Yada salmadılar Onun güclü əlini,Onları düşməndən qurtardığı günü,+ 43  Misirdə göstərdiyi əlamətləri,+Suan diyarındakı möcüzələrini. 44  Axar sular içməli olmasın deyə,Nil arxlarının suyunu necə qana çevirdiyini unutdular.+ 45  Onları göndərdiyi mozalanlara yem etdi,+Ölkəni viran qoymaq üçün qurbağalar göndərdi.+ 46  Əkinlərini acgöz çəyirtkəyə,Əllərinin zəhmətini çəyirtkə sürüsünə verdi.+ 47  Üzüm tənəklərini dolu ilə,Əncir ağaclarını dolu dənələri ilə məhv etdi.+ 48  Yük heyvanlarını doluyla,Sürülərini ildırımla* vurdu.+ 49  Onların üzərinə alovlu qəzəb,Hirs, hiddət, bəla yağdırdı,Fəlakət mələklərini göndərdi, alaylarla. 50  Qəzəbinə yol açdı,Canlarını ölümdən qurtarmadı,Onları azara düçar etdi. 51  Axırda Misirdəki bütün ilkinləri,Hamın çadırlarındakı ilk övladları məhv etdi.+ 52  Sonra xalqını sürütək oradan çıxartdı,+Sürütək apardı səhrada onları. 53  Onları asayişlə apardı,Qorxu nədir bilmədilər,+Düşmənlərini isə dəryada qərq etdi.+ 54  Onları müqəddəs məkanına,Sağ əli ilə fəth etdiyi dağlıq bölgəyə gətirdi.+ 55  Onların qarşısından xalqları bir-bir qovdu,+İrs torpaqlarını ölçü ipi ilə aralarında bölüşdürdü,+İsrail qəbilələrini öz yurdlarında məskunlaşdırdı.+ 56  Onlar isə Allah-Taalanı sınamaqdan, Ona qarşı çıxmaqdan əl çəkmədilər,+Onun öyüdlərini hey qulaqardına vurdular.+ 57  Ataları kimi dönüklük etdilər, xəyanət etdilər,+Etibarsız çıxdılar, ipi boşalmış kamana bənzədilər.+ 58  Səcdəgahları* ilə Onu qəzəbləndirdilər,+Oyma bütləri ilə Onun hirsini oyatdılar.+ 59  Bunları eşidən Allah bərk hiddətləndi,+İsraildən tamamilə üz döndərdi. 60  Axırda Şilodakı çadırını,İnsanlar arasında qaldığı çadırı tərk etdi.+ 61  Gücünün nişanını əsarətə göndərdi,Gözəlliyini düşmənə təslim etdi.+ 62  Xalqını qılıncın qabağına verdi,+İrsinə qarşı qəzəbləndi. 63  Cavanlarını alov uddu,Qızlarına toy mahnısı oxunmadı. 64  Kahinləri qılıncdan keçirildi,+Dul qalan arvadları göz yaşı tökmədi.+ 65  O zaman Yehova, sanki, yuxudan oyandı,+Sanki, pəhləvan+ şərabın təsirindən ayıldı. 66  Düşmənləri geri atdı,+Onları əbədilik xar etdi. 67  Yusifin çadırını rədd etdi,Əfraim qəbiləsini seçmədi. 68  Yəhuda qəbiləsini,Sevdiyi Sion dağını seçdi.+ 69  Müqəddəs məkanını göylər kimi,+Əbədilik qoyduğu Yer kimi daimi bina etdi.+ 70  Qulu Davudu seçdi,+Onu qoyun ağıllarından götürdü,+ 71  Yanıbalalı qoyunların ardından götürdü,Xalqı Yaqubun,İrsi İsrailin üzərinə çoban qoydu.+ 72  Davud da onları sadiq ürəklə otardı,+Bacarıqlı əli ilə onlara rəhbərlik etdi.+

Haşiyələr

Yaxud mələklərin.
Digər variant: ruh çıxır və geri qayıtmır.
Digər variant: qızdırma ilə.
Hərfən: yüksəklikləri.