Zəbur 142:1—7

  • Təqibçilərdən qurtuluş diləyi

    • Qaçmağa yerim yoxdur (4)

    • Nəsibim Sənsən (5)

Davudun məzmuru. Mağarada olarkən söylədiyi dua. Maskil*. 142  Yehovanı çağırıram, Ondan imdad diləyirəm,Yehovanı çağırıram, Ondan lütf diləyirəm.   Hüzurunda dərdimi açıb tökürəm,Hüzurunda dərd-sərimdən danışıram   Ruhdan düşəndə. Bu zaman yoluma göz qoyursan. Yolumun üstündəMənə tələ qururlar.   Sağıma* bax, görəcəksən ki,Heç kimə lazım deyiləm. Qaçmağa yerim yoxdur,Kimsə məni itirib-axtarmır.   Ey Yehova, Səni köməyə çağırıram, «Pənahım Sənsən,İşıqlı dünyada* nəsibim Sənsən», — deyirəm.   Fəryadıma nəzər sal,Məndə taqət qalmayıb, Təqibçilərdən məni qoru,Onlar məndən güclüdür.   Canımı bu zindandan çıxar,Qoy adını ucaldım. Qoy ətrafıma salehlər toplaşsın,Sən mənimlə xoş rəftar edirsən.

Haşiyələr

Hərfən: sağ əlimə.
Hərfən: dirilər ölkəsində.