Zəbur 149:1—9

  • Allahın zəfərinə alqış nəğməsi

    • Allah xalqından zövq alır (4)

    • Şərəf sadiq bəndələrə məxsusdur (9)

149  Yaha alqış edin! Yehovanın şəninə yeni nəğmə oxuyun,Sadiq bəndələrinin məclisində Onu mədh edin.   Qoy İsrailin sevinci Ulu Yaradanı olsun,Sion oğullarının sevinci onların Padşahı olsun.   Qoy rəqs edərək Onun adına alqış etsinlər,Qavalla, çənglə Onu tərənnüm etsinlər.   Yehova xalqından zövq alır, Həlimləri bəzəyir qurtuluşla.   Qoy sadiq bəndələri şan-şöhrətə sevinsin,Sevincdən yataqda nəğmə oxusun.   Qoy dillərində Allaha mədh nəğməsi,Əllərində ikiağızlı qılınc,   Xalqlardan qisas alsınlar,Ümmətlərin cəzasını versinlər,   Padşahları qandallasınlar,Əsilzadələri dəmir buxova salsınlar,   Onlara çıxarılmış hökmü icra etsinlər. Bu şərəf Onun bütün sadiq bəndələrinə məxsusdur. Yaha alqış edin!

Haşiyələr