Zəbur 23:1—6

  • «Yehova mənim Çobanımdır»

    • «Möhtac olmaram» (1)

    • «Canıma qüvvət verir» (3)

    • «Piyaləm dolub-daşır» (5)

Davudun məzmuru. 23  Yehova mənim Çobanımdır*, Möhtac olmaram.   Yaşıl otlaqlarda dincəldir məni,Yaxşı suvarılan sakit yerlərə aparır*.   Canıma qüvvət verir, Öz adı naminə məni salehlik yolları ilə aparır.   Qaranlıq dərədən keçəndə belə,Heç nə məni qorxutmur,Çünki Sən mənimləsən,Əsan, çomağın mənə ürək-dirək verir.   Düşmənlərimin gözü önündə mənə süfrə açırsan, Başıma yağ çəkirsən,Piyaləm dolub-daşır.   Ömrüm boyu Sənin kəramətini*, məhəbbətini dadacağam,Nə qədər ki sağam, Yehovanın evində qalacağam.

Haşiyələr

Digər variant: məni sakit sulara aparır.
Xeyirxahlıq, lütfkarlıq, səxavət kimi xüsusiyyətləri daxil edən ülvi keyfiyyət.