Zəbur 115:1—18

  • Yalnız Yehova şərəfə layiqdir

    • Ölülər Yaha alqış etməzlər (17)

115  Bizi yox, ey Yehova, bizi yox,Öz adını şərəfləndir,Məhəbbətinə, vəfadarlığına görə.   Niyə xalqlar: «Hanı onların Allahı?» — desin.   Allahımız göylərdədir,İstədiyi hər şeyi edir.   Amma onların bütləri qızıldır, gümüşdür,İnsan əlinin işidir.   Ağızları var, danışa bilmir,Gözləri var, görə bilmir,   Qulaqları var, eşidə bilmir,Burunları var, qoxu bilmir,   Əlləri var, hiss etmir,Ayaqları var, yeriyə bilmir,Boğazlarından səs çıxmır.   Onları düzəldənlər də,Onlara güvənənlər də onlar kimi olacaq.   Ey İsrail, Yehovaya güvən,Odur sənin köməyin, Odur qalxanın. 10  Ey Harun evi, Yehovaya bel bağla,Odur köməyiniz, Odur qalxanınız. 11  Ey Yehovadan qorxanlar, Yehovaya güvənin,Odur köməyiniz, Odur qalxanınız. 12  Biz Yehovanın xatirindəyik, O, bizə xeyir-bərəkət verəcək,İsrail evinə xeyir-bərəkət verəcək,Harun evinə xeyir-bərəkət verəcək. 13  Yehova Ondan qorxanlara,Kiçiyə də, böyüyə də xeyir-bərəkət verəcək. 14  Yehova sizi,Sizi və oğullarınızı çoxaldacaq. 15  Qoy yeri-göyü yaradan YehovanınXeyir-duası üzərinizdə olsun. 16  Göylər Yehovanındır,Yeri isə bəşər oğullarına verib. 17  Ölülər, sükut diyarına düşənlərYaha alqış etməzlər. 18  Biz isə Yaha şükür edərik,İndidən sonsuzadək. Yaha alqış edin!

Haşiyələr