Zəbur 132:1—18

  • Yehova Davudu və Sionu seçdi

    • Məsh etdiyini rədd etmə (10)

    • Siondakı kahinlər qurtuluş libası geyinəcək (16)

Məzmur. Şəhərə qalxarkən*. 132  Ey Yehova, Davudu,Onun bütün əzablarını yada sal,   Yada sal, ey Yehova, Sənə necə and içmişdi,Yaqubun qüdrətli Allahına əhd etmişdi:   «Evimə, çadırıma girmərəm, Yatağıma, döşəyimə qalxmaram,   Yuxunu gözlərimdən qovaram,Kirpik qırpmaram,   Yehova üçün bir məkan,Yaqubun qüdrətli Allahına əzəmətli məskən tapana qədər».   Bax! Əfratda onun barəsində eşitdik,Onu meşəlikdə tapdıq.   Gəlin Allahın məskəninə gedək,Ayaq kətili önündə səcdə edək.   Qalx, ey Yehova,Qüdrətinin rəmzi olan sandığınla məskəninə gir.   Kahinlərin salehliyi geyinsin,Sadiq bəndələrin sevinib-şadlansın. 10  Qulun Davudun xatirinəMəsh etdiyini rədd etmə. 11  Yehova Davuda and içib,Heç vəchlə sözündən dönməz: «Sənin nəslindən gələniTaxtında əyləşdirəcəyəm. 12  Əgər oğulların əhdimə,Verəcəyim öyüdlərə sadiq qalarsa,Onların oğulları da əbədiyyənSənin taxtında oturacaq». 13  Çünki Yehova Sionu seçdi,İstədi ki, ora məskəni olsun: 14  «Bura Mənim əbədi məskənimdir,Burada yaşayacağam, istəyim budur. 15  Bu yerə ruzi-bərəkət yağdıracağam,Yoxsullarını çörəklə doyuracağam. 16  Kahinlərinə qurtuluşdan libas geyindirəcəyəm,Bu yerin sadiq bəndələri sevinib-şadlanacaq. 17  Burada Davudun gücünü artıracağam*. Məsh etdiyim üçün çıraq hazırlamışam. 18  Düşmənlərini rüsvayçılığa bürüyəcəyəm,Onunsa tacı parlayacaq».

Haşiyələr

Hərfən: buynuzunu yüksəldəcəyəm.