Zəbur 83:1—18

  • Düşmənlə üz-üzə gələn məzmurçunun duası

    • Susma, İlahi (1)

    • Düşmənləri sovrulan tikan komasına çevir (13)

    • Allahın adı Yehovadır (18)

Asəfin məzmuru. 83  Nə olar, ey Allahım, sükut etmə,Susma İlahi, səssiz qalma!   Bax, düşmənlər kükrəyir,Sənə nifrət edənlər lovğalanır.   Xalqına qarşı fitnə-fəsad qururlar,Əziz bəndələrinə qəsd hazırlayırlar.   Deyirlər: «Gəlin bu xalqı yer üzündən silək,İsrailin adı bir də dilə gəlməsin».   Sənə qarşı ittifaq bağlayıblar,Yekdil olub məşvərətləşirlər:   Ədumun və İsmayıl oğullarının çadırları, muabilər, həcərilər,   Gebal, Əmun və Əmalik,Filişt və bütün Sur camaatı.   Aşşur da onlara qoşulmuş,Lut oğullarına* dəstək olmuşlar. (Selah)   Mədyənə etdiyini,Qişon vadisində Sisara və Yavinə etdiyini onların başına gətir. 10  Onlar Eyn-Dorda məhv edildi,Torpaqda peyin oldular. 11  Əsilzadələrini Örəb və Zəəb kimi et,Bütün rəhbərləri Zəba və Salmun kimi olsun. 12  Çünki onlar demişdilər: «Gəlin Allahın məskənini ələ keçirək». 13  Ey Allahım, onları sovrulan tikan komasına,Küləyin süpürdüyü saman çöpünə çevir. 14  Yanğın meşəni yandırdığı kimi,Alov dağları qarsıdığı kimi, 15  Onları tufanınla qov,Qasırğanla dəhşətə sal. 16  Onların üzünü şərəfsizliyə bürü ki,Sənin adını axtarsınlar, ey Yehova. 17  Qoy əbədilik rüsvay olub qorxuya düşsünlər,Rəzil olub məhv olsunlar. 18  Qoy insanlar bilsin ki, adı Yehova olan Sən,Dünyada tək Sən ucasan*.

Haşiyələr

Yəni 6, 7-ci ayələrdə adı çəkilən muabilərə və əmunilərə.
Yaxud Haqq-Taalasan.