Zəbur 19:1—14

  • Xilqət və qanunun şəhadəti

    • «Göylər Allahın əzəmətini bəyan edir» (1)

    • Allahın kamil qanunu qüvvət verir (7)

    • «Bilmədən etdiyim günahlarımı əfv et» (12)

Dirijora. Davudun məzmuru. 19  Göylər Allahın əzəmətini bəyan edir,Asiman əllərinin işindən danışır.   Hər gün dillərindən sözlər süzülür,Hər gecə bir hikmət açırlar.   Nə bir söz, nə bir kəlmə,Nə bir səs eşidilmir.   Amma sədaları* dünyaya yayılır,Şəhadətləri yerin ucqarlarına çatır. Allah günəş üçün göydə bir çadır qurub,   Günəş, sanki, təzəbəydir, gərdəyindən çıxır,Şadlanır qaçışa çıxan bir igid kimi.   Göyün bir ucundan çıxar,O biri ucunadək səyahət edər.İstisindən heç nə gizlənməz.   Yehovanın qanunu kamildir, cana qüvvət verir, Yehovanın öyüdləri etibarlıdır, naşı adamı müdrik edir,   Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir,Yehovanın əmri safdır, gözlərə nur verir,   Yehova önündə qorxu pakdır, əbədi qalır, Yehovanın hökmləri doğrudur, hamısı ədalətlidir. 10  Onlar qızıldan, çoxlu safQızıldan da artıq sevilir,Baldan, şanıdan daman baldan da şirindir. 11  Onlar quluna nəsihət* verir,Onlara əməl edənin böyük mükafatı var. 12  Öz səhvlərini kim dərk edə bilər? Bilmədən etdiyim günahlarımı əfv et, 13  Qulunu özbaşına hərəkətlərdən saxla,Qoyma onlar mənə ağalıq etsin. Onda kamil olaram,Böyük xətalardan uzaq olaram. 14  Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələrSəni məmnun etsin, ey Yehova, qayam, xilaskarım!

Haşiyələr

Digər variant: onların ölçü ipi.
Yaxud xəbərdarlıq.