Zəbur 114:1—8

  • Misirdən qurtuluş

    • Ey dəniz, niyə qaçdın? (5)

    • Dağlar qoç kimi atılıb-düşürdü (6)

    • Allah sərt qayadan bulaq çıxartdı (8)

114  İsrail Misirdən çıxanda,Yaqub evi yad dildə danışan xalqdan ayrılanda   Allahın müqəddəs məkanı Yəhuda,Səltənəti İsrail oldu.   Dəniz bunu görüb qaçdı,İordan çayı geri çəkildi.   Dağlar qoç kimi,Təpələr quzu kimi atılıb-düşdü.   Ey dəniz, sənə nə oldu, niyə qaçdın? Ey İordan, niyə geri çəkildin?   Ey dağlar, niyə qoç kimi atılıb-düşürdünüz?Ey təpələr, niyə quzu kimi atılıb-düşürdünüz?   Ey yer üzü, Rəbbin önündə,Yaqubun Allahının önündə lərzəyə gəl.   O, qayanı gölə çevirir,Sərt qayadan bulaq çıxarır.

Haşiyələr