Zəbur 15:1—5

  • Yehovanın çadırında kim mehman olar?

    • Ürəyində həqiqəti danışan (2)

    • Dilindən böhtan çıxmayan (3)

    • Zərərinə olsa belə, əhdindən dönməyən (4)

Davudun məzmuru. 15  Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar?   O kəs ki kamillik yolu ilə gedir,Əməlləri doğrudur,Ürəyində həqiqəti danışar,   Dilindən böhtan çıxmaz,Başqasına pislik etməz,Dostuna qara yaxmaz,   Alçaq adamı görən gözü yoxdur,Amma Yehovadan qorxanlara hörmət edər, Zərərinə olsa belə, əhdindən dönməz,   Sələmlə pul verməz,Günahsızın əleyhinə rüşvət almaz. Bu cür adam əsla sarsılmaz.

Haşiyələr