Zəbur 18:1—50

  • Qurtuluşa görə Allaha alqış

    • «Yehova yalçın qayamdır» (2)

    • Yehova sadiq adamla sadiqdir (25)

    • Allahın yolu kamildir (30)

    • «Lütfün məni ucaldır» (35)

Dirijora. Yehovanın qulu Davudun məzmuru. Yehova Davudu bütün düşmənlərinin və Talutun əlindən qurtaranda onun Yehovaya oxuduğu nəğmə. 18  Səni sevirəm, ey Yehova, qüvvətim Sənsən.   Yehova yalçın qayam, istehkamımdır, mənim nicatımdır. Allahım qayamdır, Ona sığınıram,Qalxanım, güclü xilaskarım*, qalamdır.   Yehova tərifə layiqdir, Onu çağırıram,Düşmənlərimdən qurtularam.   Ölüm ipləri mənə dolanmışdı,Yaramaz adamların basqını* məni dəhşətə salmışdı.   Məzarın* ipləri mənə sarılmışdı,Çıxmışdı qarşıma ölüm tələləri.   Bu darlıqda Yehovanı çağırdım,İmdad üçün Allahıma yalvardım. Eşitdi səsimi məbədindən,Çatdı qulağına fəryadım.   Yer üzü silkələndi, yırğalandı,Dağların təməli yerindən oynadı,Titrədi Onun qəzəbindən.   Burun pərələrindən tüstü çıxdı,Ağzından şiddətli alov püskürdü,Yanar közlər səpələndi Ondan.   Aşağı enəndə göylər əyildi,Qatı zülmət ayaqları altında idi. 10  Kərruba minib uçaraq gəldi, Mələyin* qanadı üzərində şığıdı aşağı. 11  Qaranlığı Özünə örtük etdi,Çadır kimi ətrafını bürümüşdüQara sular, topa buludlar. 12  Önündə parlayan şəfəqdənDolu və köz çıxıb buludları yardı keçdi 13  Yehova göylərdə gurladı,Haqq-Taala səsini ucaldandaDolu və yanar közlər töküldü. 14  Oxlarını atıb düşmənləri darmadağın etdi,Çaxan şimşəkləri ilə onları çaxnaşmaya saldı. 15  Ey Yehova, Sənin məzəmmətindən, burnundan çıxan nəfəsin şiddətindənSuların dibi göründü,Yerin təməlləri aşkar oldu. 16  O, yüksəklərdən əlini uzadıb məni tutdu,Dərin sulardan məni çəkib çıxartdı. 17  Məni qoluzorlu düşmənimdən,Mənimlə ədavət aparanlardan qurtardı, onlar məndən güclü idi. 18  Dar günümdə onlar qarşımı kəsmişdi,Lakin Yehova mənə dayaq oldu. 19  Məni genişliyə çıxartdı,Məni xilas etdi, çünki məndən razı idi. 20  Yehova salehliyimə görə mənə mükafat verir,Pak olduğumu görüb əvəzini verir. 21  Çünki mən Yehovanın yolunu tutmuşam,Allahımı xaincəsinə tərk etməmişəm. 22  Onun bütün hökmləri gözümün önündədir,Qanunlarına hörmətsizlik etmirəm. 23  Onun önündə pak qalacağam,Qəbahət işlərdən uzaq gəzəcəyəm. 24  Yehova salehliyimin,Önündə günahsız olmağımın əvəzini versin. 25  Sadiq adamla sadiqsən,Pak adama qarşı paksan. 26  Saf adamla saf davranırsan,Hiyləgərə qarşı fənd işlədirsən. 27  Məzlumları xilas edirsən,Məğrurları alçaldırsan. 28  Yehova, çırağımı yandıran Sənsən;Allahım gecəmi gündüz edir. 29  Sənin köməyinlə quldurların qabağına çıxaram,Allahın gücü ilə sədlər aşaram. 30  Allahın yolu kamildir,Yehovanın sözü safdır, Xudavənd Ona sığınanların hamısına sipərdir. 31  Məgər Yehovadan başqa Allah var? Allahımızdan savayı kim qaya ola bilər? 32  Belimi qüvvətlə qurşayan Allahdır,O, yolumu kamil edər. 33  Ayağımı maral ayağıtək çevik edir,Məni zirvələrdə saxlayır. 34  Əlimi döyüşə öyrədir,Qolum mis kamanı gərir. 35  Sən qurtuluş qalxanını mənə verirsən,Sağ əlin mənə dayaq olur,Lütfün məni ucaldır. 36  Addımlarıma yol açırsan,Ayaqlarım sürüşməz. 37  Düşmənlərimi qovub yaxalayacağam,Onları yox etməyincə geri qayıtmayacağam. 38  Onları qıracağam, qalxa bilməyəcəklər,Ayağımın altına səriləcəklər. 39  Döyüş üçün belimi qüvvətlə qurşayarsan,Yağı düşmənimi ayağımın altına sərərsən. 40  Düşmənlərimi məğlubiyyətə uğradarsan.Mənə nifrət edənləri yox edərəm*. 41  İmdad diləsələr də, onları qurtaran yoxdur,Hətta Yehovaya yalvarırlar, lakin O hay vermir. 42  Onları əzib küləyin sovurduğu toz kimi edəcəyəm,Küçədəki palçıq kimi onları tullayacağam. 43  Sən məni elin tənəsindən qurtaracaqsan, Xalqlara başçı qoyacaqsan, Tanımadığım bir xalq mənə qulluq edəcək. 44  Sorağımı eşidib mənə itaət edəcəklər,Yadellilər əsə-əsə önümə gələcək. 45  O yadellilərin rəngi-ruhu qaçacaq,Gizləndikləri qalalardan əsə-əsə çıxacaqlar. 46  Şükürlər olsun Qayama, var olan Yehovaya, Xilaskarım Allaha eşq olsun! 47  Allah qisasımı alır,Xalqları mənə tabe edir. 48  O, məni acıqlı düşmənlərimdən qurtarır.Sən məni üstümə gələnlərdən üstün edirsən,Məni zalımın əlindən alırsan. 49  Buna görə, ey Yehova, Səni xalqlar arasında ucaldacağam,Adını nəğmələrdə tərənnüm edəcəyəm. 50  O, möhtəşəm işlərlə padşahını xilas edir,Məsh etdiyinə, Davuda və onun nəslinə*Əbədilik məhəbbət göstərir.

Haşiyələr

Hərfən: xilas buynuzum.
Hərfən: seli.
İbr. şeol. Lüğətə bax.
Yaxud küləyin.
Hərfən: susduraram.
Hərfən: toxumuna.