Zəbur 99:1—9

  • Yehova müqəddəs padşahdır

    • O, kərrublar üzərində əyləşib (1)

    • Yehova əfv edir, amma cəzasız da qoymur (8)

99  Yehova padşah oldu! Qoy xalqlar titrəsin. O, kərrublar üzərində* əyləşib. Qoy dünya lərzəyə gəlsin.   Yehova Sionda əzəmətlidir,O, bütün xalqlar üzərində ucadır.   Qoy Sənin ulu adına tərif desinlər,Çünki adın zəhmlidir, müqəddəsdir.   Sən ədaləti sevən qüdrətli hökmdarsan. Doğruluğu qurub möhkəmlədən Sənsən. Yaqubda ədalət və salehlik bərqərar etdin.   Allahımız Yehovanı ucaldın, ayaq kətili önündə səcdə edin,O, müqəddəsdir.   Onun kahinləri arasında Musa və Harun olub,Adını çağıranlar arasında İşmuil də olub. Onlar Yehovanı çağırırdı,O hay verirdi.   Onlarla bulud sütunu içindən danışırdı. Onun öyüdlərinə, qayda-qanununa əməl edirdilər.   Ey Allahımız Yehova, Sən onlara hay verirdin, Əfv edən Allah olduğunu göstərirdin,Amma günahlarının da cəzasını verirdin.   Allahımız Yehovanı ucaldın,Müqəddəs dağının önündə səcdə edin,Çünki Allahımız Yehova müqəddəsdir!

Haşiyələr

Digər variant: arasında.