Zəbur 125:1—5

  • Yehova xalqını qoruyur

    • Yerusəlimi dövrələyən dağlar (2)

    • Qoy İsraildə əmin-amanlıq olsun (5)

Məzmur. Şəhərə qalxarkən*. 125  Yehovaya güvənənlər sarsılmaz,Əbədi duranSion dağına bənzər.   Yerusəlimi dövrələyən dağlar kimi,Yehova da xalqının ətrafındadır,İndidən sonsuzadək.   Pislik əsası salehlərin pay torpağında qalmayacaq,Yoxsa salehlər şərə əl atar.   Ey Yehova, yaxşılara yaxşılıq et,O kəslərə ki, ürəyi düzdür.   Əyri yola düşənləriYehova şər adamlarla birgə qovacaq. Qoy İsraildə əmin-amanlıq olsun.

Haşiyələr