Zəbur 118:1—29

  • Yehovanın çaldığı zəfərə şükran

    • Yahı çağırdım, mənə hay verdi (5)

    • Yehova tərəfimdədir (6, 7)

    • Küncün əsas daşı (22)

    • Yehovanın adı ilə gələn (26)

118  Yehovaya şükür edin, çünki kəramətlidir,Məhəbbəti əbədidir.   Qoy İsrail desin: «Məhəbbəti əbədidir».   Harun evi desin: «Məhəbbəti əbədidir».   Yehovadan qorxanlar desin: «Məhəbbəti əbədidir».   Dara düşəndə Yahı çağırdım,Yah mənə hay verdi, genişliyə çıxardı.   Yehova mənim tərəfimdədir, qorxmaram, İnsan mənə nə edə bilər?   Yehova mənim tərəfimdədir, mənim köməyimdir*,Mənə nifrət edənlərə müzəffər baxışlarla baxaram.   Yehovaya pənah gətirmək,İnsana güvənməkdən yaxşıdır.   Yehovaya pənah gətirmək,Əsilzadələrə güvənməkdən yaxşıdır. 10  Bütün xalqlar məni dövrəyə almışdı,Onları Yehovanın adı ilə geri atdım. 11  Məni dövrələyib mühasirəyə almışdılar,Onları Yehovanın adı ilə geri atdım. 12  Arı kimi ətrafımı bürümüşdülər,Lakin kolluğa düşən alov kimi tezcə söndürüldülər, Onları Yehovanın adı ilə geri atdım.  13  Məni zərblə itələdilər* ki, yıxılım,Amma Yehova dadıma yetişdi.  14  Yah pənahımdır, qüvvətimdir,O, mənim nicatımdır.  15  Salehlərin çadırındanQurtuluş, sevinc sədaları yüksəlir. Yehovanın sağ əli qüvvətini göstərir.  16  Yehovanın sağ əli yuxarı qalxır,Yehovanın sağ əli qüvvətini göstərir.  17  Ölmərəm, yaşayacağam ki,Yahın işlərini elan edim.  18  Yah məni ciddi tənbeh etdi,Amma ölümə təslim etmədi.  19  Salehlik darvazalarını üzümə açın,Oradan girib Yaha alqış edəcəyəm.  20  Bu, Yehovanın darvazasıdır, Oradan salehlər girər.  21  Sənə alqış edərəm, çünki mənə hay verdin,Mənim xilaskarım oldun.  22  Bənnaların rədd etdiyi daşKüncün əsas daşı oldu.  23  Bunu edən Yehovadır,Biz buna heyran qalmışıq.  24  Bu, Yehovanın yaratdığı gündür,O gündə sevinib şad olarıq.  25  Aman, Yehova, bizi xilas et! Yehova, bizə qələbə ver!  26  Yehovanın adı ilə gələnə eşq olsun!Yehovanın evindən sizə alqış deyirik.  27  Yehova Allahdır,Bizə nur verir. Əlinizdə budaqlar bayram yürüşünə qoşulun,Ta qurbangahın buynuzlarına qədər gedin.  28  Allahım Sənsən, Səni tərif edərəm,Ey Allahım, Səni ucaldaram.  29  Yehovaya şükür edin, çünki kəramətlidir,Məhəbbəti əbədidir.

Haşiyələr

Digər variant: mənə kömək edənlərlə birgə.
Digər variant: itələdin.