Zəbur 13:1—6

  • Yehovadan nicat gözləmək

    • «Nə vaxtadək məni unudacaqsan?» (1, 2)

    • Yehova yaxşılığını əsirgəməyib (6)

Dirijora. Davudun məzmuru. 13  Ah Yehova, nə vaxtadək məni unudacaqsan? Əbədilikmi? Nə vaxtadək mənə nəzər salmayacaqsan*?   Nə vaxtadək canım bu əzaba dözəcək,Günbəgün bu dərdi qəlbimdə daşıyacağam? Nə vaxtadək düşmən mənə üstün gələcək?   Halıma bax, ey Allahım Yehova, mənə hay ver. Gözümə nur ver ki, ölüm yuxusuna dalmayım   Və düşmənim: «Onu üstələdim!» — deməsin, Rəqiblərim yıxılmağımı görüb sevinməsin.   Sənin məhəbbətinə güvənirəm,Ürəyim verdiyin qurtuluşdan şadlanacaq.   Yehovanın şəninə nəğmə deyərəm, yaxşılığını məndən əsirgəməyib.

Haşiyələr

Hərfən: məndən üzünü gizlədəcəksən.