Zəbur 81:1—16

  • İtaətkarlığa çağırış

    • Yad allahlara səcdə etməməli (9)

    • Kaş xalqım Mənə qulaq asaydı (13)

Dirijora. Gittit* üçün. Asəfin məzmuru. 81  Qüdrətli Allahımıza sevinc sədaları ucaldın, Yaqubun Allahına zəfər harayı yüksəldin!   Mahnı səsi ucaldın, əlinizə qaval,Xoş avazlı çəng, telli alət götürün.   Ay təzələnəndə, ay bədirlənəndə,Bayram etdiyimiz gün şeypur çalın.   Bu, İsraildə qaydadır,Yaqubun Allahının hökmüdür.   Xudavənd Misirin üzərinə gedəndəBunu Yusifə bir nişan kimi vermişdi. Mən orada naməlum bir səs eşitdim:   «Çiynindən yükü götürdüm,Əlləri səbətdən azad oldu.   Dara düşəndə Məni çağırdın, səni qurtardım,Şimşək gizlənən yerdən sənə hay verdim. Məriba sularında səni sınadım. (Selah)   Eşit, ey xalqım, sənə qarşı şəhadət edəcəyəm, Kaş Məni dinləyəydin, ey İsrail.   Aranızda özgə allah olmamalıdır,Yad allaha səcdə etməməlisiniz. 10  Sənin Allahın Mənəm, Yehova,Səni Misirdən çıxaran Allah. Ağzını geniş aç, səni doyurum. 11  Amma xalqım səsimi eşitmədi,İsrail Mənə boyun əymədi. 12  Mən də onları ürəklərinin inadına buraxdım ki,Öz bildiklərini etsinlər. 13  Kaş xalqım Mənə qulaq asaydı,İsrail yollarımla gedəydi! 14  Onda düşmənlərini tez ram edərdim,Əlimi yağıların üzərinə qaldırardım. 15  Yehovaya nifrət edənlər gəlib qarşısında yerə döşənəcək.Onların halı əbədiyyən belə olacaq. 16  O, səni ən yaxşı buğda ilə bəsləyəcək,Qayadan çıxan balla doyuracaq».

Haşiyələr