Zəbur 144:1—15

  • Qələbə üçün dua

    • İnsan nədir ki?! (3)

    • Düşmənləri pərən-pərən et (6)

    • Yehovanın xalqı bəxtiyardır (15)

Davudun məzmuru. 144  Əllərimi savaşa,Barmaqlarımı döyüşə hazırlayan,Qayam Yehovaya alqış olsun!   O, mənim xeyirxahımdır! Odur istehkamım,Pənahgahım, xilaskarım,Qalam, qalxanım,Odur xalqları mənə tabe edən.   Ey Yehova, insan nədir ki, ona nəzər salırsan?Fani insan nədir ki, ona diqqət yetirirsən?   İnsan adi bir nəfəsdir,Ömrü qeyb olan kölgə kimidir.   Ey Yehova, göyləri əy, aşağı en,Dağlara toxun, tüstü qalxsın.   İldırım çaxdır, düşmənləri pərən-pərən et,Oxlarını at, onları çaxnaşmaya sal.   Göylərdən əlini uzat,Məni qurtar, sel-sulardan çıxar,Məni yadların əlindən al.   Onların ağzından yalan tökülür,Sağ əllərini qaldırıb yalandan and içirlər.   İlahi, şəninə yeni nəğmə oxuyaram, On telli alətdə Səni tərənnüm edərəm. 10  Sənsən padşahlara zəfər verən,Qulun Davudu siyrilmiş qılıncdan qurtaran. 11  Məni qurtar, ağzından yalan tökülən,Sağ əllərini qaldırıb yalandan and içənYadların əlindən al məni. 12  Onda oğullarımız tezcə boy atmış fidana,Qızlarımız saraydakı oyma künc sütunlarına bənzər. 13  Anbarlarımız növbənöv nemətlərlə dolub-daşar,Çöldəki sürülərimiz minlərlə, on minlərlə balalar, 14  Boğaz mal-qaramız bala salmaz, ölü doğmaz,Meydanlarımızda şivən qopmaz. 15  Bunları dadan xalq nə bəxtəvərdir! Allahı Yehova olan xalq nə bəxtiyardır!

Haşiyələr