Zəbur 6:1—10

  • Rəhm diləyi

    • Ölülər Allahı ucalda bilməz (5)

    • «Rəhm dilədiyimi Yehova eşidəcək» (9)

Dirijora. Şeminit* üstündə köklənmiş simli alətlərin müşayiətilə. Davudun məzmuru. 6  Yehova, məni qəzəblə tənbeh etmə,Məni hiddətlə islah etmə.   Aman, Yehova, saralıb-soluram, mənə rəhm et. Sümüklərim əsir, Yehova, mənə şəfa ver.   Canıma vəlvələ düşüb,Yehova, nə vaxta kimi gözləyəcəksən?   Gəl, canımı qurtar, ey Yehova,Məhəbbətin* xatirinə məni xilas et.   Çünki ölülər Səni ana bilməz,Məzarda* Səni kim ucaldar?   Təngə gəlmişəm ah-naləmdən,Yatağım bütün gecəni ağlamaqdan yamyaş olub,Sel kimi axır yorğan-döşəyimə göz yaşlarım.   Dərddən gözüm tor salıb,Düşmənlərin əlindən gözümdə nur qalmadı.   Siz, ey zalımlar, çəkilin başımdan,Yehova hönkürtümü eşidəcək.   Rəhm dilədiyimi Yehova eşidəcək,Yehova duamı qəbul edəcək. 10  Bütün düşmənlərim xar olacaq, dəhşətə gələcək,Onlar bir anda xəcil olub geri çəkiləcəklər.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.