Zəbur 39:1—13

  • Ömrün qısalığı

    • İnsan sadəcə nəfəsdir (5, 11)

    • «Göz yaşlarıma biganə qalma» (12)

Dirijora. Yaditun* üçün. Davudun məzmuru. 39  Dedim: «Hər addımıma fikir verəcəyəm ki,Dilimlə günah işləməyim. Şər adam önümdə durduqcaAğzıma cilov vuraram».   Dilimi saxladım, susdum,Yaxşı şeylərdən belə, danışmadım.Amma dərdim ağırlaşdı,   Qəlbim köksümdə közərdi, Fikirləşdikcə alışıb yandı, O zaman dilimdən bu sözlər qopdu:   «Ah Yehova, axırım necə olacaq, mənə bildir,Ömrümdən nə qədər qalıb?De bilim, ömrüm nə qədər qısadır?   Həqiqətən, mənə verdiyin həyat çox qısa,Ömrüm Sənin önündə bir heçdir. İnsan yıxılmaz görünsə də, sadəcə bir nəfəsdir. (Selah)   Bəli, insan kölgətək gəzib–dolaşır, Boş yerə əlləşib vuruşur, Var-dövlət yığır, kimə qalacağını bilmir.   Belə isə, ey Yehova, ümidimi nəyə bağlayım? Ümidim bircə Sənsən.   Bütün təqsirlərimdən keç, Qoyma axmaq adam məni xar etsin.   Mən susdum, lal oldum,Dinib-danışa bilmədim,Çünki bu iş Səndən idi. 10  Göndərdiyin bəlanı üstümdən götür, Amansız əlindən canımda can qalmayıb. 11  Sən insanı günahına görə cəzalandırıb islah edirsən,Ona əziz şeyləri məhv edirsən, sanki, güvə yeyir. Doğrudan da, insan sadəcə bir nəfəsdir. (Selah) 12  Duamı eşit, ey Yehova,Yalvarışımı dinlə, Göz yaşlarıma biganə qalma. Sənin önündə bir qəribəm,Ata-babalarım kimi bir yolçuyam. 13  Kükrəyən qəzəbini məndən yan eylə,Qoy ölüb getməzdən əvvəl üzüm gülsün».

Haşiyələr