Zəbur 137:1—9

  • Babil çaylarının kənarında

    • Sion barədə nəğmə oxunmur (3, 4)

    • Babil viran ediləcək (8)

137  Babil çaylarının kənarında oturub Sionu yada salanda ağlayırdıq.   Orada* qovaq ağaclarındanÇənglərimizi asmışdıq.   Bizi əsir edənlər nəğmə oxumağımızı istəyirdilər,Bizi ələ salanlar şənlənmək üçün: «Bizə Sion barədə nəğmə oxuyun», — deyirdilər.   Axı yad eldəYehovanın nəğməsini necə oxuyaq?   Ey Yerusəlim, əgər səni unutsam,Sağ əlim bacarığını yadırğasın*.   Əgər səni xatırlamasam,Əgər YerusəlimSevincimin zirvəsi olmasa,Qoy dilim qurusun*.   Ey Yehova, ədumilərin dediyi sözləri xatırla,Onlar Yerusəlimin süqut günü demişdilər: «Dağıdın! Təməllərinə qədər onu dağıdın!»   Ey tezliklə viran ediləcək Babil qızı!Xoşbəxtdir o kəs ki, sənə əvəzini verəcək,Bizə etdiyini sənin öz başına gətirəcək.   Xoşbəxtdir o kəs ki, övladlarını tutub qayaya çırpacaq,Onları parça-parça edəcək!

Haşiyələr

Yəni Babildə.
Digər variant: qurusun.
Hərfən: damağıma yapışsın.