Zəbur 138:1—8

  • Allah uca olsa da,..

    • Mənə hay verdin (3)

    • Təhlükədən qurtuluş (7)

Davudun məzmuru. 138  Bütün qəlbimlə Səni mədh edərəm, Başqa allahların gözü önündəŞəninə nəğmə deyərəm*.   Müqəddəs məbədinə tərəf təzim edərəm,İsminə alqış edərəm,Məhəbbətinə, sədaqətinə görə. Çünki sözünü və ismini hər şeydən uca etdin*.   Səni çağırdığım gün mənə hay verdin,Mənə güc verdin, cəsur etdin.   Ey Yehova, bütün dünya padşahları Sənə alqış edəcək,Çünki söylədiyin vədlər qulaqlarına çatacaq.   Yehovanın yollarını tərənnüm edəcəklər,Çünki Yehovanın calalı möhtəşəmdir.   Yehova nə qədər uca olsa da, təvazökar adama nəzər salır,Təkəbbürlü adamı isə yaxına buraxmır.   Təhlükə ilə üzbəüz dursam da, məni yaşadarsan, Əlini düşmənlərimin qəzəbinə qarşı qaldırarsan,Sağ əlinlə məni qurtararsan.   Yehova mənimlə bağlı hər şeyi həyata keçirər. Ey Yehova, məhəbbətin əbədidir,Nə olar, əllərinin işini tərk etmə.

Haşiyələr

Digər variant: başqa allahların ziddinə Sənə nəğmə qoşaram.
Digər variant: çünki sözlərini ismindən də uca etdin.