Zəbur 72:1—20

  • Allahın qoyduğu padşahın dinc hökmranlığı

    • «Saleh adam çiçəklənəcək» (7)

    • Səltənəti dənizdən-dənizə uzanacaq (8)

    • İnsanları zorakılıqdan qurtaracaq (14)

    • Yerdə çörək bol olacaq (16)

    • Qoy adı daim yaşasın (17)

Süleyman barədə. 72  Ey Allah, padşaha hökmlərini öyrət,Padşah oğluna ədalətindən pay ver.   Qoy xalqının işinə insafla baxsın,Məzlumlarına adil hökm çıxarsın.   Qoy dağlar xalqa sülh gətirsin,Təpələr salehlik gətirsin.   Qoy padşah xalqın fağırlarının işinə baxsın,Kasıb-küsubun balasını qorusun,Qəsbkarı isə əzib-tapdalasın.   Günəş var olduqca,Ay yerində durduqca,Nəsillər boyunca Səndən qorxacaqlar.   Padşah biçilmiş çəmənə yağan yağış kimi,Torpağı sulayan bərəkətli yağmur kimi olacaq.   Onun dövründə saleh adam çiçəklənəcək,Ay durduqca hər yanda sülh olacaq.   Səltənəti dənizdən-dənizə,Çaydan* tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq.   Səhraların məskunları ona təzim edəcək,Düşmənləri torpağı yalayacaq. 10  Tarşiş və ada padşahları xərac gətirəcək, Səba və Siba padşahları bəxşiş verəcək. 11  Bütün padşahlar ona təzim edəcək,Bütün xalqlar qulluğunda duracaq. 12  O, imdad deyib çağıran fağırı,Məzlumu, biçarəni xilas edəcək. 13  O, fağır-füqəranın halına acıyacaq,Fəqirlərin canını xilas edəcək. 14  Canlarını zülmdən, zorakılıqdan qurtaracaq,Qanları onun gözündə dəyərli olacaq. 15  Yaşasın padşah! Səba qızılından ona pay verilsin, Onun canına daim dua edilsin,Hər gün şəninə tərif deyilsin. 16  Yerdə çörək* bol olacaq,Dağ başında zəmilər aşıb-daşacaq. Onun məhsulu Livan meşəsitək bol olacaq,Şəhər camaatı ot-çiçək kimi göyərsin. 17  Qoy adı daim yaşasın,Günəş var olduqca o da parlasın, Sayəsində insanlar xeyir-bərəkət tapsın,Bütün xalqlar onu bəxtəvər çağırsın. 18  Alqış olsun, Yehova Allaha, İsrailin Allahına,Heyrət doğuran işlərin yeganə Yaradanına! 19  Alqış olsun, daima Onun uca adına,Calalı bütün yer üzünü bürüsün, Amin! Amin! 20  Yəssə oğlu Davudun duaları burada bitir.

Haşiyələr

Fərat çayı.
Hərfən: taxıl.