Zəbur 80:1—19

  • İsrailin Çobanından dilək

    • «Xudaya, bizi əvvəlki halımıza qaytar» (3)

    • İsrail Allahın üzüm tənəyi (8—15)

Dirijora. «Zanbaqlar» üçün. Öyüd. Asəfin məzmuru. 80  Ey İsrailin Çobanı*, eşit,Sənsən Yusifi* sürü kimi aparan. Ey kərrublar üzərində* taxtda oturan,Şəfəq saç!   Əfraimin, Binyaminin, Mənəssənin önündəQüdrətini oyandır,Gəl, bizi qurtar.   Xudaya, bizi əvvəlki halımıza qaytar,Üzünün nurunu üstümüzə sal, nicat tapaq.   Ey ordular Allahı Yehova, nə vaxtacan xalqının duasına acıqlanacaqsan?   Onların göz yaşını onlara çörək kimi yedirirsən,Gözlərinin qorasını onlara o ki var içirdirsən.   Elə edirsən ki, qonşularımız üstümüzdə bəhsə girir,Düşmənlərimiz kefləri istədiyi kimi bizi ələ salır.   Ey ordular Allahı, bizi əvvəlki halımıza qaytar,Üzünün nurunu üstümüzə sal, bizi qurtar.   Üzüm tənəyini Misirdən gətirdin, Onu əkmək üçün xalqları qovdun.   Torpağı təmizlədin ki,O kök atsın, ölkəni bürüsün. 10  Kölgəsi dağların üstünü,Budaqları Allahın sidr ağaclarını örtüb. 11  Qol-budağı dənizədək,Şaxələri çaya* qədər çatıb. 12  Onun daş divarlarını nə üçün uçurdun?Nə üçün yoldan keçən hər kəs əl atıb meyvəsini dərir? 13  Meşə qabanı tənəyi yeyib məhv edir,Çölün heyvanları onunla bəslənir. 14  Ey ordular Allahı, nə olar, dön, Göylərdən halına bax, Qeydinə qal bu tənəyin, 15  Sağ əlinlə əkdiyin fidanın.Özün üçün gücləndirdiyin pöhrəyə nəzər sal. 16  Onu sındırıb oda atırlar. Üzünün zəhmindən məhv olurlar. 17  Qoy əlin sağında duranın,Özün üçün gücləndirdiyin bəşər oğlunun üzərində olsun. 18  Biz Səndən dönməyəcəyik, Bizi yaşat ki, Sənin adını çağıraq. 19  Ey ordular Allahı Yehova, bizi əvvəlki halımıza qaytar,Üzünün nurunu üstümüzə sal, nicat tapaq.

Haşiyələr

Yəni İsraili.
Digər variant: arasında.
Fərat çayı.