Zəbur 25:1—22

  • Nəsihət və əfv barədə dua

    • «Mənə yollarını öyrət» (4)

    • Yehova ilə dostluq (14)

    • «Bütün günahlarımı əfv et» (18)

Davudun məzmuru. א [Alef]* 25  Sənə üz tutmuşam, ey Yehova, ב [Bet]   Ey Allahım, Sənə güvənmişəm,Məni xəcalətdə qoyma. Qoyma düşmənlərim halıma gülsün. ג [Qimel]   Ümidini Sənə bağlayanların heç biri xəcil olmaz,Nahaqdan mənə badalaq gələnlər isə rüsvay olar. ד [Dalet]   Mənə yollarını göstər, ey Yehova,Mənə yollarını öyrət. ה [He]   Məni haqq yolunda yerit, mənə təlim ver,Ey Allahım, Sənsən xilaskarım. ו [Vav] Əlim hər zaman Sənin ətəyindədir. ז [Zayn]   Ey Yehova, mərhəmətini, məhəbbətini yada sal,Onları əzəldən bəri göstərirsən. ח [Xet]   Nə olar, cavanlıq səhvlərimi, günahlarımı yadına salma. Kəramətin naminə, ey Yehova,Məni məhəbbətinlə xatırla. ט [Tet]   Yehova kəramətlidir, haqdır, O, günahkara düzgün yaşamağı öyrədir. י [Yud]   O, həlimləri doğruluğa yönəldər,Onlara Öz yolunu öyrədər. כ [Kaf] 10  Əhdinə, öyüdlərinə tabe olanlar üçünYehovanın bütün yolları məhəbbət və sədaqət yoludur. ל [Lamed] 11  Adın naminə, ey Yehova,Məni bağışla, hərçənd günahım böyükdür. מ [Mem] 12  Kim ki Yehovadan qorxur, Allah ona lazımi yolu göstərəcək. נ [Nun] 13  Firavanlıq görər o insan,Nəsli də* yeri miras alacaq. ס [Samex] 14  Yehovadan qorxanların payı Onun dostluğudur,O, onlara Öz əhdini bildirir. ע [Ayn] 15  Gözlərimi Yehovaya dikmişəm,O, ayağımı tordan qurtarar. פ [Pe] 16  Nə olar, üzünü mənə çevir, mənə lütf göstər,Axı tənhayam, naçaram. צ [Tsade] 17  Könlümün qubarı artıb,Qəm yükünü üstümdən götür. ר [Reyş] 18  Dərdimi, əzabımı gör,Bütün günahlarımı əfv et. 19  Bax, gör düşmənlərim nə qədərdir,Mənə amansız nifrət edirlər. ש [Şin] 20  Canımı hifz et, məni qurtar, Qoyma rüsvay olum, axı Sənə sığınmışam. ת [Tav] 21  Qoy kamillik və dürüstlük məni qorusun,Çünki ümidim Sənsən. 22  Ey Allahım, İsraili bütün bəlalardan qurtar.

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Hərfən: toxumu da.