Zəbur 82:1—8

  • İnsafla hökm çıxarmağa çağırış

    • Allah ilahlar arasında mühakimə aparır (1)

    • Məzlumu müdafiə edin (3)

    • Siz ilahlarsınız (6)

Asəfin məzmuru. 82  Allah ilahi məclisdə yerini tutur.O, ilahlar arasında mühakimə aparır:   «Nə vaxtadək insafsızlıqla mühakimə edəcəksiniz?Pislərin tərəfini tutacaqsınız? (Selah)   Siz məzlumu, yetimi müdafiə edin, Fağır-füqəraya ədalət göstərin.   Məzlumu, kasıbı xilas edin,Onları şər adamın əlindən qurtarın».   Onlar isə bilmirlər, dərk etmirlər,Zülmət içində gəzirlər.Yerin təməlləri lərzəyə gəlir.   «Demişəm: “Siz ilahlarsınız*,Hamınız Haqq-Taalanın oğullarısınız*.   Heyhat, hamı kimi siz də öləcəksiniz,Başqa başçılar kimi yıxılacaqsınız!”»   Qalx, ey Allah, dünyaya hökm kəs,Çünki bütün xalqlar Sənin mülkündür!

Haşiyələr

Yaxud allah kimisiniz.