Zəbur 61:1—8

  • Allah düşməndən qorunmaq üçün möhkəm qaladır

    • «Daim çadırında yaşaram» (4)

Dirijora. Simli alətlərin müşayiətilə. Davudun məzmuru. 61  Ey Allahım, fəryadımı eşit, duamı dinlə.+  2  Qəlbim qubar bağlayıb,Səni dünyanın ucqarlarından səsləyirəm,+Məni əlçatmaz qayaya qaldır.+  3  Axı pənahım Sənsən,Düşməndən qoruyan möhkəm qalamsan.+  4  Daim çadırında yaşaram,+Qanadların altına sığınaram.+ (Selah)  5  Sən dediyim nəzirləri eşitdin,Mənə adından qorxanlara məxsus miras verdin.+  6  Padşahın ömrünü uzadarsan,+İlləri nəsildən-nəslə keçər,  7  Daim Allahın önündə taxtda oturar.+ Ona məhəbbət, sədaqət bəxş et ki, onu qorusun.+  8  Dünya durduqca adını nəğmələrdə tərənnüm edərəm,+Nəzirlərimi hər gün yerinə yetirərəm.+

Haşiyələr