Zəbur 9:1—20

  • Allahın xariqüladə işlərindən danışmaq

    • Yehova sığınacaqdır (9)

    • Allahın adını tanıyan Ona təvəkkül edir (10)

Dirijora. Mutlabben* üçün. Davudun məzmuru. א [Alef]* 9  Bütün qəlbimlə Səni mədh edərəm, ey Yehova,Xariqüladə işlərindən danışaram.   Fərəhim, hədsiz sevincim Sənsən,Adını nəğmələrdə tərənnüm edərəm, ey Haqq-Taala! ב [Bet]   Düşmənlər geri çəkiləndəBüdrəyib önündən yox olacaqlar.   Mənim haqq işimi müdafiə edirsən;Taxtına əyləşərək ədalətlə hökm edirsən. ג [Qimel]   Xalqları məzəmmət etdin, pislərin kökünü kəsdin,Adlarını əbədilik sildin.   Düşmən həmişəlik məhv olub,Şəhərlərini yerlə yeksan etmisən,Xatirələri də büsbütün məhv olacaq. ה [He]   Lakin Yehova taxtında əbədi əyləşib,O, taxtını ədalət üçün qurub.   O, dünyanı ədalətlə mühakimə edəcək,Ümmətlərə haqq hökmlər çıxaracaq. ו [Vav]   Yehova məzlumlar üçün pənah yeri,Dar gündə sığınacaqdır. 10  Adını tanıyanlar Sənə təvəkkül edir, ey Yehova,Səni axtaranlardan üz döndərməzsən. ז [Zayn] 11  Sionda yaşayan Yehovanı nəğmələrdə tərənnüm edin,Xalqlar arasında işlərindən danışın! 12  Qanlarının intiqamını Alan onları yadda saxlayır,O, məzlumların fəryadını unutmaz. ח [Xet] 13  Lütf et, ey Yehova, ey məni ölüm qapılarından qaldıran,Mənə nifrət edənlərin zülmünü gör. 14  Onda Sion qızının qapılarında tərifli işlərini bəyan edərəm,Verdiyin qurtuluşa sevinərəm. ט [Tet] 15  Xalqlar qazdıqları quyuya özləri düşüb,Ayaqları sərdikləri tora ilişib. 16  Yehova icra etdiyi hökmlərlə tanınır. Şər adam öz əməllərinin tələsinə düşüb. Hiqqayon*. (Selah) י [Yud] 17  Şər adamlar, Allahı unudan bütün xalqlarMəzara* gedəcək. 18  Yoxsullarsa həmişəlik unudulmaz,Fağırların ümidi heç vaxt itməz. כ [Kaf] 19  Qalx, ey Yehova! Qoyma fani insan üstün gəlsin, Qoy xalqlar Sənin önündə məhkum edilsin. 20  Ey Yehova, xalqların canına qorxu sal,Qoy bilsinlər ki, fani insandırlar. (Selah)

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
İbr. şeol. Lüğətə bax.