Zəbur 139:1—24

  • Yehova qullarını yaxşı tanıyır

    • Allahın ruhundan gizlənmək olmaz (7)

    • Nə ecazkar yaradılmışam (14)

    • Gözlərin rüşeymimi görmüşdü (16)

    • Əbədiyyət yolunda mənə bələdçi ol (24)

Dirijora. Davudun məzmuru. 139  Ey Yehova, məni yoxlamısan, yaxşı tanıyırsan.   Oturuşumu-duruşumu bilirsən, Fikirlərimi uzaqdan oxuyursan.   Yol gedəndə, yatanda mənə baxırsan,Bütün yollarımdan agahsan.   Söz ağzımdan çıxmamışNə deyəcəyimi bilirsən, ey Yehova.   Arxadan, öndən məni qoruyursan,Əlin üzərimdədir.   Ağlım bu şeyləri sığışdıra bilmir, Bunu dərk edə bilmirəm.   Hara gedim ki, ruhun orada olmasın?Harada gizlənim ki, məni görə bilməyəsən?   Əgər göylərə çıxsam, Sən oradasan,Yerimi Məzarda* salsam, orada da məni taparsan.   Sübh şəfəqinin qanadlarını taxıbYaşamaq üçün ən uzaq dənizə uçsam, 10  Hətta orada əlin mənə yol göstərər,Sağ əlin məni tutar. 11  «Qaranlıq məni gizlədər», — desəm, Onda ətrafımda gecə bəyaz olar. 12  Zülmət qaranlıq belə, Sənin üçün qaranlıq deyil,Gecə gündüz kimi işıqlıdır,Qaranlıq işıqla eynidir Sənin üçün. 13  Böyrəklərimi Sən yaratdın,Anamın bətnində məni gizlətdin*. 14  Şükür Sənə! Nə heyrətli, nə ecazkar yaradılmışam! İşlərin heyrətamizdir,Bunu gözəl bilirəm. 15  Gizli yerdə xəlq ediləndə,Anamın bətnində parçatək toxunandaSümüklərim Səndən gizli deyildi. 16  Gözlərin rüşeymimi görmüşdü.Hələ heç biri yox ikənBədənimin bütün hissələri, onların əmələ gələcəyi günlərSənin kitabında yazılmışdı. 17  Fikirlərin mənim üçün çox dəyərlidir, İlahi, onların sayı-hesabı yoxdur. 18  Saymaq istəsəm, qum dənələrindən çoxdur. Yuxudan oyananda yenə fikrimdə Sənsən*. 19  Ey Allah, kaş pisləri qıraydın, Onda zorakılar məndən uzaq olardı. 20  Onlar Sənin barəndə pis-pis danışırlar,Sənə düşməndirlər, adına küfr edirlər. 21  Ey Yehova, Sənə nifrət edənlərə necə nifrət etməyim?Sənə qarşı çıxanlardan necə ikrah etməyim? 22  Bütün nifrətimlə onlara nifrət edirəm,Onlar mənim qatı düşmənimdir. 23  Xudaya, məni yoxla, qəlbimi öyrən, Məni imtahan et, narahat düşüncələrimi bil, 24  Gör məndə pis meyil varmı.Əbədiyyət yolunda mənə bələdçi ol!

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Digər variant: hördün.
Digər variant: hələ də sayıram.