Zəbur 20:1—9

  • Allah məsh etdiyi padşahı hifz etsin

    • Cəng arabalarına, atlara yox, Allahın adına güvənirik (7)

Dirijora. Davudun məzmuru. 20  Qoy dar günündə Yehova sənə hay versin, Yaqubun Allahının adı səni qorusun.   Müqəddəs məkandan köməyini göndərsin,Siondan sənə dayaq olsun.   Gətirdiyin bəxşişlərdən razı qalsın,Yandırma qurbanlarını qəbul etsin. (Selah)   Sənə ürəyinə görə versin,Bütün niyyətlərin gerçəkləşsin.   O zaman verdiyin qurtuluşa görə sevinib-coşarıq,Allahımızın adı ilə bayraqlarımızı qaldırarıq. Qoy Yehova sənin bütün diləklərini çin etsin.   İndi bilirəm ki, Yehova məsh etdiyini xilas edir, Sağ əli ilə böyük qurtuluş verir,Müqəddəs göylərdən ona hay verir.   Kimisi cəng arabalarına, kimisi atlara güvənir,Ancaq biz Allahımız Yehovanın adını çağırırıq.   Onlar çökdülər, yerə sərildilər,Ancaq biz ayağa qalxdıq, dimdik durduq.   Ey Yehova, padşahı hifz et! İmdad dilədiyimiz gün bizə hay ver.

Haşiyələr