Zəbur 53:1—6

  • Ağılsızların təsviri

    • «Yehova yoxdur» (1)

    • «Bir nəfər də düz əməl sahibi yoxdur» (3)

Dirijora. Mahalat* üslubunda. Maskil*. Davudun məzmuru. 53  Ağılsızlar ürəyində: «Yehova yoxdur», — deyir. Onlar haqsızlıq edir, əyri, mənfur işlərə qurşanıblar,Bir nəfər də düz əməl sahibi yoxdur.   Amma Allah göylərdən bəşər oğullarını seyr edir,Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.   Hamı yolunu azmış,Hamı pozğunlaşıb, Bir nəfər də düz əməl sahibi yoxdur,Bir nəfər belə.   Bədəməllər heç nə başa düşmürmü? Xalqımı çörək yerinə yeyirlər, Yehovanı çağırmırlar.   Bax, onların canına vahimə düşəcək,Elə bir vahimə ki, beləsini görməyiblər*.Sənin üstünə qoşun çəkənlərin Allah sümüklərini sındırıb tullayacaq, Onları xar edəcəksən, çünki Yehova onlardan üz döndərib.   Kaş Siondan İsrailin qurtuluşu gələydi! Yehova əsir xalqını qaytarandaQoy Yaqub sevinsin, İsrail şadlansın!

Haşiyələr

Digər variant: lakin qorxulası bir şey olmayan yerdə canlarına vahimə düşəcək.