Zəbur 28:1—9

  • Davudun duası eşidilir

    • «Yehova gücüm, qalxanımdır» (7)

Davudun məzmuru. 28  Səni çağırıram, ey Yehova, ey mənim qayam,Səsimə qulağını tıxama, Səsimə hay verməsən,Qəbrə enənlərə bənzərəm.   Əllərimi məbədinin iç otağına tərəf açanda,Səndən imdad diləyəndə yalvarışımı eşit.   Məni pis, zalım adamlara qatıb aparma,O kəslərlə ki, adamla mehriban danışır, ürəkləri isə pisliklə doludur.   Onlara əməllərinə görə ver,Pisliklərinin cəzasını, İşlərinin əvəzini ver,Əməllərini başlarına gətir.   Onlar Yehovanın işlərinə,Əllərinin yaratdıqlarına məhəl qoymurlar. O, onları yıxacaq, ayağa qaldırmayacaq.   Yehovaya şükürlər olsun,Yalvarışlarımı eşitdi.   Yehova gücüm, qalxanımdır,Ürəyim Ona arxalanır, Onun köməyini gördüm, qəlbim sevincdən coşur,Nəğməmlə Onu tərənnüm edərəm.   Yehova Öz xalqının gücüdür,Məsh etdiyinə möhtəşəm qurtuluş verən istehkamdır.   Ey Allahım, xalqını qurtar, irsini mübarək et, Onların çobanı ol, əbədiyyən qucağında gəzdir.

Haşiyələr