Zəbur 64:1—10

  • Gizli həmlələrdən müdafiə

    • «Allah onlara ox atacaq» (7)

Dirijora. Davudun məzmuru. 64  Pərvərdigara, səsimi eşit, Sənə yalvarıram. Həyatımı düşmənin hədəsindən qoru.   Şər adamın gizli fitnələrindən,Bədəməl adamların izdihamından məni hifz et.   Onlar dillərini qılınc kimi itiləyir,Acı sözlərini ox kimi hədəfə tuşlayırlar,   Məsumu xəlvət yerdən vurmaq istəyirlər.Onlar qəfildən vurur, heç qorxmurlar.   Pis niyyətlərindən bərk-bərk yapışıblar,Tələlərini gizlində qoymaq barədə məsləhətləşirlər. Deyirlər: «Kimdir bunları görən?»   Gündə bir haqsızlıq icad edirlər,Xəlvətdən məkrli fəndlər qururlar,Ürəkdəki düşüncələri sirlidir.   Lakin Allah onlara ox atacaq,Qəfildən yaralanacaqlar.   Öz dilləri onları yıxacaq,Baxan başını bulayacaq.   Onda bütün insanlar qorxacaq,Allahın nə etdiyindən danışacaq,Onun işlərini dərk edəcəklər. 10  Saleh insanın sevinci Yehova olacaq, Ona sığınacaq,Ürəyidüz adamlar Onunla fəxr edəcək.

Haşiyələr