Zəbur 21:1—13

  • Yehovaya güvənən padşahın mükafatı

    • Padşaha uzun ömür verilir (4)

    • Allahın düşmənləri məğlub olacaq (8—12)

Dirijora. Davudun məzmuru. 21  Ey Yehova, padşah Sənin qüdrətinlə sevinir,O, Səndən gələn qurtuluşa şadlanır.   Onu arzusuna çatdırdın,Ağzından çıxan diləyi rədd etmədin. (Selah)   Onu bol-bol nemətlərlə qarşılayırsan,Başına xalis qızıldan tac qoyursan.   Səndən uzun ömür dilədi, verdin,Ömrünü uzatdın əbədiyyətə qədər.   Verdiyin nicat onu ucalara qaldırır, Ona şan-şöhrət, əzəmət bəxş edirsən.   Əbədilik nemətlər bağışlamısan,Hüzurunun sevincini ona daddırırsan.   Çünki padşah Yehovaya arxalanır,Haqq-Taalanın məhəbbəti onu sarsılmağa qoymaz.   Əlin bütün düşmənlərini tapar,Yağıları sağ əlinlə tutarsan.   Sən üzünü göstərəndə soba kimi alışacaqlar. Yehova qəzəbi ilə hamısını udacaq, onları alov məhv edəcək. 10  Onların nəslini* yer üzündən siləcəksən,Toxumunu bəşər oğulları arasından yox edəcəksən. 11  Sənə pislik etməyə çalışdılar,Tədbir tökdülər, əllərindən bir şey gəlmədi. 12  Sən yayı çəkib onları nişan alandaGeri dönüb qaçacaqlar. 13  Ey Yehova, qalx, göstər gücünü! Qüdrətini nəğmələrdə tərənnüm edərik!

Haşiyələr

Hərfən: bəhərini.