Zəbur 148:1—14

  • Bütün xilqət Yehovaya alqış etsin

    • Mələkləri Allaha alqış etsin (2)

    • Günəş, ay, ulduzlar Allaha alqış etsin (3)

    • Cavanlar, qocalar Allaha alqış etsin (12, 13)

148  Yaha alqış edin! Yehovaya göydən alqış edin!+ Ona ucalarda alqış edin!  2  Ey Onun mələkləri, Ona alqış edin!+ Ey Onun ordusu, Ona alqış et!+  3  Ey günəş, ey ay, Ona alqış et! Ey parlayan ulduzlar, Ona alqış edin!+  4  Ey göyün dərin qatları, Ona alqış edin! Ey səmadakı buludlar, Ona alqış edin!  5  Qoy onlar Yehovanın adına alqış etsinlər,Çünki Onun əmri ilə yarandılar.+  6  O, onları əbədilik yerində tutur;+Bunun üçün dəyişməz fərman verdi.+  7  Yehovaya yerdən alqış edin! Ey dəniz məxluqları, ey ümmanlar,  8  Ey şimşək, ey dolu, ey qar, ey topa buludlar,Ey Onun sözünə əməl edən tufan,+  9  Ey dağlar, ey təpələr,+Ey meyvə ağacları, ey sidr ağacları,+ 10  Ey çöl heyvanları,+ ey ev heyvanları,Ey sürünənlər, ey qanad çalan quşlar, 11  Ey dünya padşahları, ey bütün ümmətlər,Ey ağalar, ey dünyanın hakimləri,+ 12  Ey oğlanlar, ey qızlar,Ey qocalar, ey uşaqlar! 13  Hamınız Yehovanın adına alqış edin! Çünki yalnız Onun adı ünyetməz ucalıqdadır,+Əzəməti yerdən də, göydən də yüksəkdir.+ 14  O, xalqının gücünü ucaldacaq*,Sadiq bəndələrinin,Ona əziz olan israil oğullarınınŞan-şöhrəti naminə. Yaha alqış edin!

Haşiyələr

Hərfən: buynuzunu yüksəldəcək.