Zəbur 10:1—18

  • Yehova məzlumun müdafiəçisidir

    • Şər adam deyir: «Allah yoxdur» (4)

    • Fağır üzünü Allaha tutar (14)

    • Yehova əbədiyyən Padşahdır (16)

ל [Lamed] 10  Niyə uzaqda durmusan, ey Yehova? Niyə dar günümdə gizlənirsən?   Şər adam qürurlanıb məzlumu təqib edir,Amma qurduğu fitnələrin toruna özü düşəcək.   Şər adam nəfsi ilə öyünər,Acgözə alqış edər*;נ [Nun] O, Yehovaya sayğısızlıq edər.   Şər adam qürurundan Allahı axtarmaz,«Allah yoxdur», — deyər.   Firavan yaşayar,Sənin hökmlərini dərk etməz,Onunla ədavət aparanların üstünə fınxırar.   Ürəyində deyər: «Əsla sarsılmaram,Nəsillər gəlib-gedər,Mənə heç nə olmaz». פ [Pe]   Ağzı lənət, yalan, hədə ilə doludur,Dilinin altında bəla var, şər var.   Kəndlərin qırağında pusqu qurar,Xəlvət yerdən çıxıb günahsızı öldürər. ע [Ayn] Gözü bədbəxtləri axtarar.   Yuvada oturmuş aslan kimi pusar, Məzlumu qapmaq üçün güdər, Torunu dartıb onu tutar. 10  Qurbanları əzilər, tapdanar,Biçarələr onun pəncəsinə keçər. 11  Ürəyində deyər: «Allah unudub, Üzünü yana çevirib, Heç vaxt buna fikir verməz». ק [Kof] 12  Ey Yehova, qalx! Ey Allahım, ona qarşı qaldır əlini! Köməksizi unutma. 13  Niyə şər adam Sənə sayğısızlıq etsin? Ürəyində: «Allah haqq-hesab çəkməyəcək», — desin. ר [Reyş] 14  Lakin Sən dərdi, əzabı görürsən, Müdaxilə etmək üçün bunları izləyirsən. Fağır üzünü Sənə tutar,Yetimin dayağı Sənsən. ש [Şin] 15  Pisin, şər adamın əl-qolunu qır ki,AxtarandaDaha tapmayasan pisliyini. 16  Yehova əbədiyyən padşahdır! Xalqlar silinib yer üzündən. ת [Tav] 17  Sən həlimlərin diləyini eşidərsən, ey Yehova, Onları ürəkləndirərsən, səslərini diqqətlə dinləyərsən. 18  Yetimə, əzilənə haqq qazandırarsan ki,Torpaqdan yaranmış fani insan bir daha onları qorxutmasın.

Haşiyələr

Digər variant: acgöz özünə alqış oxuyar.