Zəbur 98:1—9

  • Yehova xilaskardır, ədalətli hakimdir

    • Yehova qurtuluşunu izhar etdi (2, 3)

Məzmur. 98  Yehovanın şəninə yeni nəğmə oxuyun,O, xariqələr yaratdı, Sağ əli ilə, müqəddəs qolu ilə qurtuluş gətirdi.   Yehova qurtuluşunu izhar etdi,Ədalətini xalqların önündə nümayiş etdirdi.   İsrail evinə vəd etdiyi məhəbbəti və sədaqəti yada saldı. Allahımızın verdiyi xilas dünyanın hüdudlarında aşkar oldu.   Ey dünya, Yehovaya zəfər nidaları yüksəlt, Şadlan, haray sal, Allahın şəninə nəğmələr söylə.   Yehovanı çəngdə tərənnüm et,Çəngdə, gözəl hava ilə.   Kərənay, şeypur səsləri altındaPadşah Yehovanın önündə zəfər harayı ucalt.   Qoy dəniz, onun içindəkilər,Yer üzü, onun sakinləri gurlasın.   Qoy çaylar əl çalsın,Dağlar birgə sevinc harayı salsın   Yehovanın önündə, çünki O, dünyanı mühakimə etməyə gəlir. Dünyanı ədalətlə,Xalqları insafla mühakimə edəcək.

Haşiyələr