Zəbur 121:1—8

  • Yehova xalqını qoruyur

    • Köməyim Yehovadandır (2)

    • Yehova əsla yatmaz (3, 4)

Məzmur. Şəhərə qalxarkən*. 121  Gözümü dağlara dikmişəm, Köməyim haradan gələcək?   Mənim köməyimYeri-göyü yaradan Yehovadan gəlir.   O, sənin ayağını büdrəməyə qoymaz, Səni qoruyan əsla mürgüləməz.   Bax! İsrailin keşiyində duranƏsla mürgüləməz, əsla yatmaz.   Yehova səni qoruyur, Yehova sağ tərəfində sənə kölgədir.   Gündüzlər günəş,Gecələr ay sənə xətər yetirməz.   Yehova səni hər bəladan hifz edər, Canını qoruyar.   Yehova sənin gedişini, gəlişiniİndidən sonsuzadək qoruyacaq.

Haşiyələr