Zəbur 85:1—13

  • Keçmiş günlərə dönmək diləyi

    • Yehova sadiq bəndələrinə sülh barədə danışacaq (8)

    • Məhəbbətlə sədaqətin görüşü (10)

Dirijora. Qarun oğullarının məzmuru. 85  Öz ölkənə lütf göstərdin, ey Yehova,Yaqubun əsir övladlarını geri qaytardın.   Xalqının təqsirini bağışladın,Bütün günahlarını əfv etdin. (Selah)   Sən bütün hiddətini saxladın,Şiddətli qəzəbini yatırdın.   Ey xilaskarımız Allah, bizi keçmiş günlərimizə qaytar,Daha bizə acıqlanma.   Bizə sonsuzadək hirslənəcəksən? Qəzəbini nəsildən-nəslə uzadacaqsan?   Məgər bizi dirçəltməyəcəksən ki,Xalqın Səndə sevinc tapsın?   Bizə məhəbbətini göstər, ey Yehova,Bizə qurtuluş bəxş et.   Yehova Allahın sözlərini dinləyəcəyəm,O, Öz xalqına, sadiq bəndələrinə sülh barədə danışacaq,Təki onlar yenə də dikbaş olmasınlar.   Onun ehtişamı ölkəmizdə yaşasın deyə,Verdiyi qurtuluş Ondan qorxanlara yaxındır. 10  Məhəbbətlə sədaqət görüşəcək,Salehliklə sülh öpüşəcək. 11  Sədaqət yerdən cücərəcək,Doğruluq göylərdən boylanacaq. 12  Yehova da nemət verəcək,Torpağımız məhsulunu bitirəcək. 13  Salehlik Onun önündə gedəcək,Addımları üçün cığır açacaq.

Haşiyələr