Zəbur 47:1—9

  • Allah dünya üzərində padşahdır

    • «Yehova zəhmlidir» (2)

    • Allahı nəğmələrdə tərənnüm edin (6, 7)

Dirijora. Qarun oğullarının məzmuru. 47  Əl çalın, ey xalqlar, Zəfər nidaları, sevinc sədaları ilə Allahı mədh edin!   Çünki Haqq-Taala Yehova zəhmlidir,Bütün dünya üzərində böyük padşahdır.   Ümmətləri bizə tabe edər,Xalqları ayağımızın altına sərər.   Sevdiyi Yaqubun iftixarını,Mirasımızı bizim üçün O seçər. (Selah)   Yehova Allah sevinc sədaları ilə,Şeypur səsləri ilə yüksəldi.   Tərənnüm edin Allahı, nəğmələrdə tərənnüm edin! Tərənnüm edin Padşahımızı, nəğmələrdə tərənnüm edin!   Çünki Allah bütün dünyanın padşahıdır,Onu nəğmələrdə tərənnüm edin və ağılla hərəkət edin.   Allah xalqlar üzərində padşah oldu, Allah müqəddəs taxtında əyləşib.   İbrahimin Allahının xalqı iləBir yerə toplaşdı xalqların əsilzadələri. Çünki yer üzünün hakimləri Allaha məxsusdur. O, ucalardan ucadır.

Haşiyələr