Zəbur 95:1—11

  • Haqq din itaətkarlıqla qoşa addımlayır

    • Bu gün Ona qulaq asın (7)

    • Ürəyinizi inadkar etməyin (8)

    • «Onlar istirahətimə qovuşmayacaqlar» (11)

95  Gəlin Yehovaya sevinc sədaları yüksəldək! Qurtuluş qayamızı zəfər nidaları ilə mədh edək!   Onun hüzuruna şükranlarla gələk,Ona nəğmə oxuyaq, zəfər sədaları ucaldaq!   Çünki Yehova əzəmətli Allahdır,Bütün allahlar üzərində uca hökmdardır.   Yerin dərin qatları Onun əlindədir,Dağların zirvələri Onundur.   Yaratdığı dənizin sahibi Odur,Torpaq da Onun əllərinin işidir.   Gəlin Ona ibadət edək, qarşısında baş əyək,Xaliqimiz Yehovanın önündə diz çökək.   Axı O, Allahımızdır,O, bizi sürütək bəsləyib-əzizləyir,Biz Onun otlağının xalqıyıq. Bu gün Ona qulaq asın:   Ürəyinizi inadkar etməyin,Səhrada, Masahda olduğu kimi, Məribada olduğu kimi.   O zaman atalarınız Məni sınadılar,Etdiklərimi görə-görə Məni sınağa çəkdilər. 10  Qırx il bu nəslə nifrət etdim və dedim: «Bu xalqın ürəyi elə hey azır,Yollarımı tanımırlar». 11  Buna görə qəzəblənib and içdim: «Onlar istirahətimə qovuşmayacaqlar».

Haşiyələr