Zəbur 112:1—10

  • Saleh Yehovadan qorxar

    • Səxavətlə borc verən adamın işi avand olar (5)

    • Salehin adı heç vaxt unudulmaz (6)

    • Səxavətli adam yoxsullarla bölüşür (9)

112  Yaha alqış edin! א [Alef] Nə xoşbəxtdir Yehovadan qorxan,ב [Bet] Onun əmrlərindən zövq alan adam. ג [Qimel]   Onun soyu yer üzündə qüdrətli olacaq.ד [Dalet] Dürüst adamın nəsli mübarək olacaq. ה [He]   Evində bolluq var, dövlət var,ו [Vav] Salehliyi əbədi durar. ז [Zayn]   O, dürüstlər üçün zülmətdə şəfəq saçan nurdur. ח [Xet] O, şəfqətlidir, mərhəmətlidir, salehdir. ט [Tet]   Səxavətlə borc verən adamın işi avand olar. י [Yud] O, hər işində ədalətlidir. כ [Kaf]   O, əsla sarsılmaz. ל [Lamed] Salehin adı unudulmaz. מ [Mem]   Bəd xəbər onu qorxutmaz, נ [Nun] Ürəyi arxayındır, Yehovaya güvənir. ס [Samex]   Ürəyi titrəməz, qorxmaz,ע [Ayn] Nəhayətdə düşməninə müzəffər nəzərlə baxar. פ [Pe]   O, səxavətlə paylayır, yoxsullara verir. צ [Tsade] Salehliyi əbədi durar, ק [Kof] Qüdrəti şan-şöhrətlə yüksələr. ר [Reyş] 10  Şər adam bunu görəndə paxıllığı tutar, ש [Şin] Dişlərini qıcayar, əriyib gedər. ת [Tav] Şər adamın arzuları gözündə qalar.

Haşiyələr