Zəbur 79:1—13

  • Düşmən təcavüzü qarşısında dua

    • Bütün ər-ətraf bizi lağa qoyur (4)

    • Adın naminə bizə yardım et (9)

    • Təhqirlərini yeddi qat başlarına gətir (12)

Asəfin məzmuru. 79  Ey Allah, xalqlar Sənin mülkünə təcavüz etdi,Müqəddəs məbədini murdar etdilər,Yerusəlimi xarabalığa çevirdilər.   Qullarının cəsədini quşlara yem etdilər,Sadiq bəndələrinin ətini heyvanlara verdilər.   Yerusəlimin yan-yörəsində qanlarını su kimi axıtdılar,Cəsədləri basdırmağa bir adam qalmayıb.   Qonşularımız bizə rişxənd edir,Bütün ər-ətraf bizi lağa qoyur, ələ salır.   Yehova, nə vaxtadək hirsli qalacaqsan? Əbədilikmi? Nə vaxtadək hiddətin od tutub yanacaq?   Qəzəbini Səni tanımayan xalqların,Adını çağırmayan səltənətlərin üzərinə yağdır.   Çünki Yaqub nəslinin axırına çıxdılar,Onun yurdunu viranə qoydular.   Nə olar, ata-babalarımızın günahına görə bizi cəzalandırma. Tələs, bizə rəhm et,Lap zəlil olmuşuq.   Bizə yardım et, ey xilaskar Allahımız,Şanlı adın naminə.Adın naminə bizi qurtar, günahlarımızı əfv et. 10  Nəyə görə xalqlar: «Hanı onların Allahı?» — desin? Qoy gözümüz görə-görə bütün xalqlara məlum olsun ki,Qullarının axıdılmış qanı yerdə qalmayıb. 11  Məhbusların ah-naləsi dərgahına qalxsın, Ölümə məhkum olanları güclü əlinlə hifz et*. 12  Qonşularımızın Sənə etdiyi təhqirləriYeddi qat başlarına gətir, ey Yehova. 13  Onda biz, Sənin xalqın, örüşünün sürüsü,Əbədi Sənə şükür edərik,Mədhini nəsildən-nəslə ucaldarıq.

Haşiyələr

Digər variant: azad et.