Zəbur 29:1—11

  • Yehovanın gurultulu səsi

    • Müqəddəs libaslarda səcdə (2)

    • «Əzəmətli Allah gurlayır» (3)

    • Yehova xalqına güc-qüvvət verir (11)

Davudun məzmuru. 29  Ey qüdrətlilərin oğulları, Yehovaya şərəf verin,Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin.   Yehovaya adına layiq şərəf verin, Müqəddəs libaslarda* Yehovaya səcdə qılın.   Yehovanın səsi sular üzərində səslənir,Əzəmətli Allah gurlayır. Yehova əngin sular üzərindədir.   Yehovanın səsi güclüdür!Yehovanın səsi əzəmətlidir!   Yehovanın səsi sidr ağaclarını sındırır,Bəli, Yehova Livan sidrlərini xıncım-xıncım edir.   O, Livanı buzov kimi sıçradar,Şiryunu vəhşi öküz balası kimi oynadar.   Yehovanın səsi alov saçar,   Yehovanın səsindən çöl titrəyər,Yehova Qədis çölünü silkələyər.   Yehovanın səsindən marallar doğar,Meşələr çılpaq qalar, Məbədində hər kəs Ona: «Eşq olsun!» — deyər. 10  Yehova sel-sular üzərində taxtda oturub,Yehova padşah kimi taxtında əbədi oturub. 11  Yehova xalqına güc-qüvvət verər, Yehova xalqına əmin-amanlıq bəxş edər.

Haşiyələr

Digər variant: müqəddəsliyinin ehtişamına görə.