Zəbur 77:1—20

  • Məzmurçunun dar gündə etdiyi dua

    • Allahın işlərini düşünmək (11, 12)

    • «Ey Allah! Sənintək böyük allah varmı?» (13)

Dirijora. Yaditun* üçün. Asəfin məzmuru. 77  Allahı səslərəm, Ona fəryad edərəm,Onu çağıraram, O, məni eşidər.   Dar gündə Yehovanı axtarıram, Gecələr göylərə əl açıram durmadan, Ürəyim bir yerdə qərar tutmayır.   Ah-nalə ilə Allahı yada salıram,Dincliyimi itirmişəm, taqətim əriyib gedir. (Selah)   Gözümü yummağa qoymursan,Narahatam, danışa bilmirəm.   Keçmiş günləri,Arxada qalmış illəri düşünürəm.   Gecələr tellərin avazı* yadıma düşür,Qəlbim düşüncələrə dalır,Ruhum dərin axtarışdadır.   Görəsən, Yehova bizdən həmişəlik üz döndərib? Məgər O, bir də bizə rəğbət göstərməyəcək?   Olmaya, xeyirxahlığı əbədilik tükənib? Olmaya, vədi heç vaxt yerinə yetməyəcək?   Bəlkə, Allah lütfünü unudub?Yaxud qəzəbi rəhminin qabağını kəsib? (Selah) 10  Niyə axı elə hey: «Bu dərd içimi göynədir, Haqq-Taala bizdən üz döndərib», — deməliyəm? 11  Mən Yahın gördüyü işləri xatırlayaram,Qədimdəki möcüzələrini yada salaram. 12  Əməllərin barədə düşüncələrə dalaram,Bütün işlərini dərin-dərin düşünərəm. 13  Pərvərdigara, yolların müqəddəsdir. Ey Allah! Sənintək böyük allah varmı? 14  Xariqələr yaradan gerçək Allah Sənsən, Xalqlara gücünü izhar etmisən. 15  Xalqını qolunun qüvvəti ilə qurtardın,Yaqubun, Yusifin oğullarını. (Selah) 16  Sular Səni gördü, ey Allah,Sular Səni gördü, həyəcana gəldi. Ümmanın canına vəlvələ düşdü. 17  Buludlar suları tökdü, Qara buludlu göylər gurladı,Oxların ora-bura uçuşurdu. 18  Gurultun cəng arabalarının səsi kimiydi,Şimşəyin yer üzünü işıqlandırdı,Yer titrədi, lərzəyə gəldi. 19  Yolun dənizdən keçirdi,Əngin sularda cığır açdın,Amma ləpirin qalmadı. 20  Xalqını sürü kimi apardın,Musanın, Harunun əli ilə.

Haşiyələr

Yaxud nəğməm.