Zəbur 52:1—9

  • «Mənsə Allahın məhəbbətinə güvənəcəyəm»

    • Pisliklə öyünənlərə xəbərdarlıq (1—5)

    • Allahsızlar var-dövlətə bel bağlayırlar (7)

Dirijora. Maskil*. Davudun məzmuru. Ədumi Duəq Talutun yanına gedib Davudun Əximəlikin evinə gəldiyini deyəndə. 52  Nə üçün pisliyinlə öyünürsən, ey qoluzorlu insan? Bil ki, Allahın məhəbbəti heç vaxt tükənməz.   Dilin ülgüc kimi itidir,Fitnə qurar, hiylə işlədər.   Yaxşılıqdan çox yamanı,Həqiqətdən çox yalanı sevdin. (Selah)   Ey hiyləgər dil,Zəhərli sözləri sevdin.   Allah səni əbədilik yıxacaq,Səni yerə vuracaq, çadırından dartıb çıxaracaq,İşıqlı dünyadan kökünü qoparacaq. (Selah)   Salehlər bunu görüb qorxacaq,Onun halına güləcəklər:   «Baxın, bu adam Allahı özünə qala etmədi,Var-dövlətinə bel bağladı,Fitnə-fəsadı özünə sipər etdi».   Mənsə Allahın evində yaşıl zeytun ağacıtək olacağam,Əbədiyyən Allahın məhəbbətinə güvənəcəyəm.   Gördüyün işlərdən ötrü Səni ucaldacağam,Sadiq bəndələrinin önündəAdına ümid bağlayacağam, çünki bu, yaxşıdır.

Haşiyələr