Zəbur 27:1—14

  • Yehova ömrümün qalasıdır

    • Allahın məbədinə məhəbbət (4)

    • Ata, ana atsa da, Yehova qəbul edər (10)

    • «Ümidini Yehovaya bağla» (14)

Davudun məzmuru. 27  Yehova nurum, nicatımdır, Məni kim qorxuda bilər? Yehova ömrümün qalasıdır, Kim məni dəhşətə sala bilər?   Bədəməllər məni parçalamaq üçün üstümə cumandaBüdrədilər, yıxıldılar bu yağılar, bu düşmənlər.   Mənə qarşı bir ordu düşərgə salsa da,Ürəyimə qorxu düşməz. Mənə qarşı döyüş başlasa da,Yenə arxayınam.   Yehovadan bir şey dilədim,Arzum budur ki,Ömrüm boyu Yehovanın evində qalım,Yehovanın hüsnünü görüm,Məbədinə heyran-heyran tamaşa edim.   Dar günümdə məni pənahında saxlar,Çadırında, xəlvət yerdə gizlədər,Uca qaya başına qaldırar.   Başım dövrəmdəki düşmənlərdən yuxarıdır,Onun çadırında şadyanalıqla qurban gətirərəm,Yehovanı nəğmələrdə tərənnüm edərəm.   Sənə fəryad edəndə məni eşit, ey Yehova,Mənə lütf göstər, mənə hay ver.   «Camalımı axtarın» Sözlərini ürəyim səsləndirdi. Axtararam camalını, ey Yehova.   Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Sənsən köməyim,Məni atma, tərk etmə, ey nicatımın Allahı. 10  Doğma atam, anam məni atsalar belə,Yehova qəbul edər. 11  Ey Yehova, mənə yolunu öyrət,Məni düşmənlərimdən qoruyub düz yolla apar, 12  Məni düşmənlərimin əlinə salma.Mənə qarşı yalançı şahidlər qalxıb,Mənə hədə-qorxu gəlirlər. 13  İşıqlı dünyada* Yehovanın kəramətini görəcəyimə inanmasaydım,Halım necə olardı!..* 14  Ümidini Yehovaya bağla,Cəsur, möhkəm ol. Bəli, ümidini Yehovaya bağla.

Haşiyələr

Hərfən: dirilər ölkəsində.
Digər variant: şəksiz inanıram ki, dirilər ölkəsində Yehovanın kəramətini görəcəyəm.