Zəbur 65:1—13

  • Allah Yerə qayğı göstərir

    • «Ey duaları eşidən» (2)

    • Seçdiyin insan nə xoşbəxtdir (4)

    • Allahın kəraməti aşıb-daşır (11)

Dirijora. Davudun məzmuru. 65  Ey Allah, Sionda Səni mədhlər gözləyir,Sənə dediyimiz nəzirləri yerinə yetirəcəyik.   Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək.   Günahlarım məni üstələdi.Lakin Sən təqsirlərimizi əfv edirsən.   Həyətində yaşamaq üçün seçdiyin,Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir. Evinin, müqəddəs məbədininNemətləri ilə doyarıq.   Möhtəşəm, haqq işlərinlə bizə hay verərsən,Ey nicatımızın Allahı,Dünyanın hüdudlarında,Uzaqlarda, dənizin o tayında yaşayanların güvəncisən!   Gücünlə dağları bərkitmisən,Qüdrətinə qurşanmısan.   Uğuldayan dənizləri,Guruldayan dalğaları, çaxnaşan xalqları ram edirsən.   Göstərdiyin əlamətlər dünyanın ucqarlarında yaşayanları lərzəyə salar;Gündoğandan günbatana kimi hər kəsə şənlik verərsən.   Sən Yerə qayğı göstərirsən,Onu naz-nemətlə doldurursan. Ey Allah, çayların gursuludur,İnsanın çörəyini Sən yetirirsən.Bəli, Yeri bu cür qurmusan. 10  Torpağın şırımlarını sulayır, şumunu hamarlayırsan,Gur yağışlarla torpağı yumşaldır, cücərtilərinə bərəkət verirsən. 11  Kəramətinlə ilin başına tac qoyursan,Ləpirlərin naz-nemətlə aşıb-daşır. 12  Çöl-çəməndən bərəkət axır,Təpələr şənlik donu geyinib. 13  Sürülər otlaqlara yayılıb,Düzlərə başdan-başa taxıldan xalı salınıb. Onlar sevincdən haray salıb nəğmə deyirlər.

Haşiyələr