Zəbur 49:1—20

  • Var-dövlətə güvənmək ağılsızlıqdır

    • İnsan qardaşı üçün fidyə verə bilməz (7, 8)

    • «Mənim canımı Allah Məzarın pəncəsindən qurtaracaq» (15)

    • Sərvət insanı ölümdən qurtara bilməz (16, 17)

Dirijora. Qarun oğullarının məzmuru. 49  Qulaq asın, ey xalqlar, Dinləyin, ey dünya əhli,   Ey kiçiklər, ey böyüklər,Ey varlılar, ey kasıblar.   Ağzımı hikmətlə açacağam,Ürəyimdən dərin düşüncələr çıxacaq.   Məsələ qulaq asacağam,Tapmacanı çəngin müşayiətilə açacağam.   Ayağımdan dartanların pisliyi ətrafımı bürüyəndə,Ağır günlər gələndə nədən qorxmalıyam ki?   Malına, mülkünə güvənənlərin,Var-dövləti ilə öyünənlərin   Heç biri qardaşını qurtara bilməz,Onun üçün Allaha fidyə verə bilməz.   (İnsan həyatının fidyəsi elə bahadır ki,Heç vaxt ona əli çatmaz.)   Belə ki, o, əbədi yaşasın, qəbrə getməsin. 10  O görür ki, hikmətli də,Ağılsız da, axmaq da ölüb gedir,Onların malı, mülkü başqasına qalır. 11  Ürəkdə arzulayırlar ki, evləri durduqca dursun,Yurd-yuvaları nəsildən-nəslə qalsın. Mülklərinə öz adlarını veriblər. 12  İnsan nə qədər adlı-sanlı olsa da, əbədi qalan deyil,Ölüb yox olan heyvana bənzər sonu. 13  Ağılsız adamların aqibəti belədir,Boş sözlərindən xoşhallanıb dallarınca düşənlərin də. (Selah) 14  Onlar Məzara* sürüləcək qoyun kimidir, Ölüm onları otaracaq,Sabah açılanda əməlisalehlər onlara ağalıq edəcək, Onlardan əsər-əlamət qalmayacaq,Məskənləri imarət yox, Məzar olacaq. 15  Mənim isə canımı Allah Məzarın* pəncəsindən qurtaracaq,Özü məni tutacaq. (Selah) 16  Kimsə varlananda,Evinin cah-calalı artanda qorxma. 17  Çünki öləndə özü ilə heç nə aparmaz,Sərvəti dalınca torpağa getməz. 18  Ömrü boyu öz-özünü tərifləyir. (Uğurlu olanda hamı səni tərifləyər.) 19  Nəhayətdə əcdadlarına qovuşar. Bir daha işıq üzü görməyəcək onlar. 20  Bunu dərk etməyən insan nə qədər adlı-sanlı olsa da,Ölüb yox olan heyvana bənzər sonu.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.