Zəbur 24:1—10

  • Şanlı Padşah darvazalardan girir

    • «Yer, onun üzərindəki hər şey Yehovanındır» (1)

Davudun məzmuru. 24  Yer, onun üzərindəki hər şey,Torpaq və onun üstündə yaşayanlar Yehovanındır.   O, Yeri dənizin üzərində qoydu,Onu çayların üzərində bərkitdi.   Yehovanın dağına kim çıxa bilər?Müqəddəs məkanında kim dura bilər?   Əlləri pak, qəlbi təmiz adam,Varlığıma* yalandan and içməyən,Saxta and verməyən adam.   O, Yehovadan xeyir-bərəkət alar,Xilaskarı Allahın rizasını qazanar*.   Ey Yaqubun Allahı, onlardır Səni axtaran,Sənin camalını görmək istəyən. (Selah)   Başınızı qaldırın, ey darvazalar,Açılın, ey qədimi keçidlər,Şanlı Padşah girsin içəri!   Kimdir bu şanlı Padşah? Güclü, qüdrətli Yehova,Döyüşdə qüdrətli Yehova!   Başınızı qaldırın, ey darvazalar,Açılın, ey qədimi keçidlər,Şanlı Padşah girsin içəri! 10  Kimdir bu şanlı Padşah? Ordular Allahı Yehova! Odur şanlı Padşah! (Selah)

Haşiyələr

Yəni Yehova Allahın varlığına.
Yaxud xilaskarı Allahdan haqq-ədalət görər.