Zəbur 55:1—23

  • Dostu xain çıxanda Davudun duası

    • Yaxın dostun rişxəndi (12—14)

    • «Sən qayğı yükünü Yehovaya ver» (22)

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru. 55  Pərvərdigara, duamı eşit,Lütf diləyirəm, diləyimi rədd etmə.   Nə olar, məni dinlə, hay ver. Dərd-sərdən dincliyimi itirmişəm.Ağlım başımdan çıxıb,   Düşmənin sözlərindən,Şər adamın zorundan. Üzərimə pislik yağdırırlar,Mənə qarşı acıqlıdırlar, ədavət bəsləyirlər.   Köksümdə ürəyim ağrıdan sızıldayır,Ölüm dəhşəti çöküb üstümə.   Qorxudan canıma titrəmə düşüb,Vücudum tir-tir əsir.   Deyirəm: «Kaş göyərçintək qanadlarım olaydı! Uçub sakit yerdə məskən salardım.   Qaçıb uzaqlara gedərdim, Çöl-biyabanda yaşayardım. (Selah)   Sərt küləyin, qasırğanın əlindənTez daldaya girərdim».   Ey Yehova, onları çaşbaş qoy, niyyətlərini alt-üst et*,Çünki şəhərdə zorakılıq, dava-dalaş gördüm. 10  Gecə-gündüz divarların üstündə dolaşırlar,Şəhərdəsə fitnə-fəsad var, pislik var. 11  Orada ədavət baş alıb gedir,Meydanından zülm-sitəm, fırıldaq əskilmir. 12  Məni düşmən ələ salsaydı,Dözərdim. Üstümə yağı gəlsəydi,Ondan gizlənərdim. 13  Amma bu sənsən, mənim kimi bir insan,Öz rəfiqim, yoldaşım. 14  Səninlə gözəl dostluğumuz var idi,Camaata qoşulub Allahın evinə qoşa gedərdik. 15  Qoy düşmənlərim məhv olsun, Diri-diri Məzara* düşsünlər,Çünki aralarında, ürəklərində pislik yaşayır. 16  Mən isə Allahımı çağıracağam,Yehova məni qurtaracaq. 17  Səhər, günorta, axşam dərd-sər əlindən ah-zar edirəm,O, səsimi eşidir. 18  Düşmənlər alay-alay üstümə gəlir,Allah canıma dinclik verər, onların həmləsindən qurtarar. 19  Əzəldən bəri taxtında əyləşən AllahMəni eşidər, onlara qarşı çıxar. (Selah) O kəslər ki Allah qorxusu bilmirlər,Onlar pis yollarından dönməzlər. 20  Rəfiqim dostlarına əl qaldırdı,İlqarını pozdu. 21  Onun dili yağdan da yumşaqdır,Ürəyi isə dava axtarır. Sözləri zeytun yağından da zərifdir,Lakin siyrilmiş qılınca bənzər. 22  Sən qayğı yükünü Yehovaya ver,O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz. 23  Ey Allahım, Sən onları ən dərin qəbrə salarsan, Bu əliqanlı, məkrli adamların ömrü yarıya da çatmayacaq. Mən isə Sənə güvənəcəyəm.

Haşiyələr

Hərfən: dillərini ayır.
İbr. şeol. Lüğətə bax.